Icma.az
close
up
RU
BMT Vardanyanın istəyini niyə rədd edib? ŞƏRH

BMT Vardanyanın istəyini niyə rədd edib? ŞƏRH

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanda həbsdə olan erməni əsilli separatçı Ruben Vardanyan ölkəmizə  qarşı BMT-nin Qanunsuz Həbslərlə bağlı İşçi Qrupuna müraciət edib.

O, öz müraciətində İşçi Qrupu onun işini qanunsuz və ya özbaşına həbs işi kimi tanımasını xahiş edib.

Ancaq İşçi Qrup Vardanyanın bu tələbini rədd edib.

Qeyd edək ki, bu nəticə həm hüquqi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki uzun müddət beynəlxalq mediada və müxtəlif lobbi çevrələrində Vardanyanın saxlanılması guya siyasi təqib və qanunsuz həbs kimi təqdim olunmağa çalışılırdı.

Tanınmış vəkil Cavad Cavadov Gununsesi.info-ya bildirib ki, belə siyasi rəng verilmiş bir işdə BMT-nin Qanunsuz Həbslərlə bağlı İşçi Qrupunun emosional təsir altına düşməməsi və məsələyə sırf hüquqi meyarlarla yanaşması xüsusi əhəmiyyət daşıyır:

“Belə siyasi cəhətdən rəng verilmiş işdə İşçi Qrupunun obyektivliyini itirməməsi və soyuqqanlı qərar verməsi mühüm hüquqi hadisədir. Bu göstərdi ki, beynəlxalq təsisat qarşısında səs-küylü siyasi kampaniya yox, məhz hüquqi arqument və prosedur qaydalarına əməl olunması həlledici rol oynayır.”

Cavad Cavadovun sözlərinə görə, İşçi Qrupunun gəldiyi nəticə onu göstərir ki, Azərbaycan hüquq-mühafizə orqanları Vardanyanın həbsi ilə bağlı işi beynəlxalq hüquqi standartlara zidd formada deyil, qanuni prosedurlar çərçivəsində aparıblar:

Eyni zamanda, Azərbaycanın aidiyyəti dövlət qurumlarının həmin beynəlxalq mexanizmlə apardığı hüquqi və strateji kommunikasiya da nəticəyə təsir göstərən vacib amillərdən biri olub”.

Vəkil qeyd edib ki, burada ən vacib məqamlardan biri ondan ibarətdir ki, BMT təsisatları qarşısında məsuliyyətli, peşəkar və hüquqa söykənən dövlət mövqeyi nəticə verir:

“Yəni beynəlxalq müstəvidə emosional bəyanatlardan çox, hüquqi sənədlərin keyfiyyəti, faktların düzgün təqdim edilməsi və prosedur qaydalarına riayət olunması önəmlidir”.

Cavad Cavadov hesab edir ki, bu qərar eyni zamanda Azərbaycan dövləti üçün prinsipial bir mesaj da verir:

“Əgər Azərbaycan hökuməti Vardanyan işi üzrə BMT-nin Qanunsuz Həbslərlə bağlı İşçi Qrupunun qərarını haqlı olaraq öz hüquqi mövqeyinin təsdiqi kimi qəbul edirsə, onda həmin təsisatın digər qərarlarına da eyni hörmətlə yanaşmalıdır. Beynəlxalq hüquqa seçmə yanaşma yolverilməzdir. Azərbaycan hökuməti yalnız öz xeyrinə olan qərarları deyil, əleyhinə və ya tənqidi xarakter daşıyan qərarları da nəzərə almalı və onlardan irəli gələn öhdəliklərə ciddi münasibət göstərməlidir”.

Bu baxımdan Cavad Cavadov xüsusi olaraq,Hüseyn Abdullayevlə bağlı BMT-nin Qanunsuz Həbslərlə bağlı İşçi Qrupunun qərarını xatırladır və bildirir ki, həmin qərar da icra olunmalıdır.

“Vardanyan İşi” bir daha göstərdi ki, BMT-nin Qanunsuz Həbslərlə bağlı İşçi Qrupu siyasi fonun deyil, hüquqi materialların əsasında qərar verir. Elə isə Azərbaycan hökuməti də bu təsisatın qərarlarına ardıcıl və prinsipial yanaşmalıdır. Necə ki, Vardanyan işi üzrə qəbul edilən rəyə istinad olunur, eyni yanaşma ilə Hüseyn Abdullayevlə bağlı qərar da icra edilməlidir. Beynəlxalq hüquqa hörmət yalnız bizim xeyrimizə olan qərarların qəbulunda deyil, əleyhimizə olan qərarların da icrasında özünü göstərir.Beləliklə, Ruben Vardanyanın BMT müstəvisində irəli sürdüyü “qanunsuz həbs” tezisi hüquqi baxımdan nəticəsiz qaldı. Bu, bir tərəfdən Azərbaycanın həmin konkret iş üzrə beynəlxalq hüquqi mövqeyini gücləndirdi, digər tərəfdən isə daha böyük bir prinsip ortaya qoydu: beynəlxalq təsisatların qərarlarına selektiv yox, ardıcıl yanaşmaq lazımdır”.

Firuzə Mahmudova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 Mart 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see286

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see252

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see232

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see232

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see230

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see216

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see213

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see199

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see197

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see197

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see196

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see195

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see194

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see192

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see185

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see182

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see182

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see179

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see177

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri