Icma.az
close
up
RU
"Dədə Qorqudla Koroğluya Bakıda layiqli yer tapılmadı?" Sabir Rüstəmxanlı

"Dədə Qorqudla Koroğluya Bakıda layiqli yer tapılmadı?" Sabir Rüstəmxanlı

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


"Bakupost" TV-də Xalq şairi Sabir Rüstəmxanlının “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı yayımlanıb.

Xalq şairi veriliş boyunca Bakıda Dədə Qorqud, Koroğlu və Aşıq Ələsgər kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində xüsusi yeri olan şəxsiyyətlərin heykəlləri üçün layiqli məkanların seçilməməsindən narazılığını bildirib.

Qeyd edib ki, vaxtilə müəyyən ideologiyaları təmsil edən şəxslərin heykəlləri paytaxtın ən görkəmli yerlərində ucaldıldığı halda,xalqımızın milli-mədəni dəyərlərini təcəssüm etdirən şəxsiyyətlərə münasib məkanların ayrılmaması təəssüf doğurur.

Sabir Rüstəmxanlı əvvəlcə sovet dövründən qalmış heykəllərin taleyinə münasibət bildirib. Onun fikrincə, ideoloji baxımdan ciddi problem yaratmayan bəzi heykəlləri qoruyub saxlamaq və ya onları ayrıca parkda nümayiş etdirmək mümkün olardı:

"Axı bu, həm də sənət əsəridir. Onu yaradan heykəltəraşın əməyinə hörmət əlaməti olaraq qorumaq olardı. Yaxud da heykəlləri götürüb ayrıca bir park yaratmaq, onları orada yan-yana sərgiləmək mümkün idi. Beləliklə, həmin əsərlər sovet dövründə azərbaycanlı sənətkarların yaradıcılığının, zəhmətinin və sənət gücünün nümunəsi kimi qorunub saxlanıla bilərdi.

Bu gün də Bakıda heykəllər ucaldılır. Məsələn, Dədə Qorqud parkında Dədə Qorqudun heykəli qoyulub. Vaxtilə "Zorge parkı" adlandırılan ərazidə Caparidzenin heykəli var idi, sonradan orada Koroğlunun heykəli ucaldıldı. Bundan başqa, Rəşid Behbudov küçəsinin başlanğıcında Aşıq Ələsgərin heykəli qoyulub. Mən bu heykəllərə baxanda istər-istəməz təəccüblənirəm. Hesab edirəm ki, Bakının memarlığı ilə məşğul olan şəxslər heykəllərin yerləşdirilməsi məsələsinə daha dərindən yanaşmalı, onlar üçün münasib məkanlar seçməli idilər. Necə olur ki, Əzizbəyovun heykəli Bakının əsas küçələrindən birində, şəhərin çox görkəmli bir yerində, böyük meydanda ucaldılır, Musabəyovun heykəli də son dərəcə gözəl bir məkanda yerləşdirilir? Leninin, Kirovun heykəlləri də vaxtilə şəhərin ən diqqətçəkən yerlərində idi.Bəs Azərbaycanın Dədə Qorqud kimi böyük mənəvi kökə, milli varlığının əsas simvollarından birinə niyə həmin məkanlarda heykəl qoyulmasın? Niyə Dədə Qorqudun heykəli vaxtilə Kirovun, yaxud Musabəyovun heykəlinin yerləşdiyi möhtəşəm məkanlarda ucaldılmayıb?

Təəssüf ki, indiki Dədə Qorqud heykəli mənim gözlədiyim obrazı əks etdirmir. O, sanki "Dədə Qorqud" dastanından daşlaşmış bir nağıldır. Halbuki biz Dədə Qorqudu xalqın müdrik ağsaqqalı, mənəvi dayağı, müdriklik rəmzi kimi görmək istəyirdik. Mənə elə gəlir ki, heykəltəraşlarımız nə vaxtsa bu məsələyə yenidən qayıtmalı, əsl Dədə Qorqud obrazını yaratmağa çalışmalıdırlar. Yaxud Koroğlunun heykəli... Məncə, bu, uğursuz bir heykəldir və uğursuz yerdə qoyulub. Hesab edirəm ki, nə vaxtsa bu məsələyə yenidən qayıtmaq, Koroğluya Bakıda layiqli bir yer ayırmaq lazımdır. Koroğlunun heykəli Azərbaycanın görünən, diqqətçəkən məkanlarından birində olmalıdır. Məsələn, vaxtilə Musabəyovun heykəlinin yerləşdiyi ərazidə".

Xalq şairi xüsusilə Aşıq Ələsgərin heykəlinin yerləşdirilməsini kəskin tənqid edib. O, Azərbaycan ədəbiyyatında müstəsna yeri olan sənətkarın paytaxtda daha görkəmli, əlçatan və ziyarət üçün əlverişli məkanda təmsil olunmalı olduğunu deyib:

"Aşıq Ələsgər Azərbaycan ədəbiyyatında, Dədə Qorquddan başlanan söz sənətimizin davamı olan aşıq yaradıcılığında müstəsna yer tutur. Onun poeziyası Vaqifin şeirləri ilə yanaşı dayana biləcək səviyyədədir. O, ədəbiyyatımızın klassikidir. Bu gün də yaşayır, şeirləri dillər əzbəridir, aşıqların dilindən düşmür.

Ələsgər haqqında cavanlıqda yazdığım bir şeir vardı -

"İrəvan çuxuru alışır sazda,

Sinəmə sıxmağa Göyçə gölüm var.

Dağların başında Ələsgər kimi,

Bizdən uzaq düşən bir küsülüm var".

O vaxt Ermənistanı başdan-başa gəzmiş, Aşıq Ələsgərin məzarını da ziyarət etmişdim. Amma o, mənə b bizdən uzaq düşmüş bir şəxsiyyət kimi görünürdü. Ona görə də yazmışdım: "Bizdən uzaq düşən bir küsülüm var". İndi isə Bakının özündə Ələsgəri elə bir yerə yerləşdiriblər ki, sanki yenə bizdən küsülüdür, yaxud biz ondan küsülüyük. İki küçənin tinində... Maşını saxlayıb heykəlinin ayağına bir dəstə gül qoymaq belə mümkün deyil. Arxa tərəfdən, hardansa evlərin arasından dolanıb ona yaxınlaşmaq lazımdır.Axı bu boyda Sahil parkı var, Koroğlunun heykəlinin qoyulduğu park var, Bakının müxtəlif yerlərində münasib məkanlar var. Aşıq Ələsgərin adına yəqin bir küçə də var. A qardaşım, Aşıq Ələsgəri ağacların arasına niyə soxmusuz? Nə günahı var Aşıq Ələsgərin? Mən onun üzünü görmək istəyirəm. Ağacların arasında elə yerləşdirilib ki, heykəlin yanına yaxınlaşmaq mümkün deyil. Maşınla ötüb keçəndə də yalnız bir tərəfdən gözə dəyir. Bakıda Ələsgərə yer tapılmayıb. Niyə vaxtilə adlarını çəkdiyim Caparidzelərə, Şaumyanlara, Kirovlara şəhərin ən möhtəşəm yerlərində məkan ayrılırdı, amma öz sənətkarımızı üç-dörd ağacın arasında, küçənin tinində yerləşdiririk?!".



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Noyabr 2026 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri