Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

BMT yə çağırış: Ermənistan itkinlər barədə məlumat versin

BMT yə çağırış: Ermənistan itkinlər barədə məlumat versin

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Beynəlxalq Avrasiya Mətbuat Fondu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi və “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Ermənistanın əsir, itkin və girov götürülən vətəndaşlarımızla bağlı məlumatları açıqlamamasına dair beynəlxalq tədbir çərçivəsində birgə bəyanat yayıb.
Demokrat.az-
ın aldığı məlumata görə, bəyanat 14–24 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyasına həsr olunub.

Sənəddə deyilir: “Ermənistan dövlətinin Komitəyə təqdim etdiyi dövri hesabatda I Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş hərbçilər və mülki şəxslər, o cümlədən qadınlar, uşaqlar və ahıl insanlar barədə heç bir məlumat yer almamışdı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 01.08.2026-cı il tarixinə olan məlumata əsasən, bu qurum tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Onlardan 4 004 nəfəri I Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsində itkin düşmüşdür. 4 010 nəfərdən 3 228 nəfəri hərbçi, 782 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 288 nəfəri qadın, 319 nəfəri qocadır. İtkin düşmüş şəxslərdən 872 nəfərinin Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülərək Ermənistan ərazisində və bu ölkə tərəfindən vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində saxlanılmasına dair toplanmış sübutlar və şahid ifadələri mövcuddur.
Bu sahədə ən təkzibedilməz məlumatlar isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən verilmişdir. BQXK tərəfindən 1998 və 2001-ci illərdə təqdim edilmiş siyahılara əsasən, I Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş 54 Azərbaycan vətəndaşına BQXK əməkdaşları tərəfindən Ermənistan Respublikasında və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində yerləşən saxlanma yerlərində baş çəkilmiş, həmin şəxslər rəsmi qeydiyyata alınmış, əsirlikdən ailə üzvlərinə yazdıqları məktublar çatdırılmışdır. Sonradan 54 nəfərdən 17 nəfərinin meyiti Azərbaycan tərəfinə qaytarılmış, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmamış, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməmişdir”.

İrəvan 4 min itkin azərbaycanlı haqda məlumatları inadla gizlədir - son görüş də nəticəsiz qaldı... - Baki-Xeber.com

Bəyanatda bildirilir ki, Azərbaycanda itkin düşmüş şəxslər və kütləvi məzar yerlərini araşdıran İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) 2024-cü ildə dərc etdiyi hesabatda da itkin düşmüş şəxslərlə bağlı həmin tarixə aid rəqəmlər göstərilir: “Bununla bağlı Komissiya “Azərbaycan Respublikasında İtkin Düşmüş Şəxslərin Uçotu” adlı Qiymətləndirmə Hesabatı hazırlamışdır. Qeyd edirik ki, Azərbaycan hökumətinin razılığı ilə 2023-cü ilin iyun ayında ICMP-nin Qiymətləndirmə missiyası Azərbaycanda qiymətləndirmə aparmış, bir sıra hökumət və məhkəmə institutlarının nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq ictimaiyyətin nümayəndələri, həmçinin texniki və məhkəmə-tibbi ekspertlərlə müsahibələr keçirmişdir. Qiymətləndirmə zamanı azad edilmiş ərazilərdə aşkar edilən kütləvi məzar yerlərində aparılan ekshumasiya və aşkar edilmiş insan qalıqlarının eyniləşdirilməsi işləri də nəzərə alınmışdır. Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etməsi fonunda Ermənistanın əsir və girov götürdüyü azərbaycanlılar barəsində heç bir məlumat təqdim etməməsi Ermənistanın tərəfdar çıxdığı beynəlxalq normalara etinasız münasibətinin nəticəsidir. Bununla belə, həmin şəxslərin işgəncə, ləyaqəti alçaldan davranış və cəzaya məruz qalaraq qətlə yetirilməsi barədə Azərbaycan tərəfindən müvafiq sübutlar toplanmaqdadır. Azərbaycanın XX əsrin 90-cı illərində işğal edilmiş əraziləri 2020-ci ildə azad edildikdən sonra ərazilərdə indiyədək 32 kütləvi məzar yeri tapılmışdır. İnsan qalıqlarının eyniləşdirilməsi nəticəsində onların vaxtilə əsir və girov götürülmüş azərbaycanlılara, o cümlədən uşaqlara, qadınlara və ahıl şəxslərə aid olduğu müəyyən edilir”.
Sənəddə vurğulanır ki, BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsi 25 noyabr–13 dekabr 2024-cü il tarixlərində keçirdiyi 114-cü sessiyada Ermənistanla bağlı qəbul etdiyi Yekun Müşahidələrdə bununla bağlı narahatlığını ifadə edib: “Sənədin 31 və 32-ci bəndlərində Komitə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması məqsədilə Ermənistanı Beynəlxalq Qızıl Xaç Komitəsi və Azərbaycanla əməkdaşlıq etməyə çağırır. Həmçinin Komitə, iştirakçı dövləti uzunmüddətli sülh razılaşmasına nail olmaq və 1990-cı illərdə itkin düşmüş şəxslər də daxil olmaqla, bütün itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün dialoqda xoşniyyətli olmağa dəvət edir. BMT-nin İşgəncələr Əleyhinə Komitəsi də 7 aprel–2 may 2025-ci il tarixlərində keçirdiyi 82-ci sessiyada Ermənistanla bağlı qəbul etdiyi Yekun Müşahidələr sənədində əsir və girovların işgəncə və əzabla qətlə yetirilməsindən narahatlıq ifadə etmişdir. Dəfələrlə rəsmi müraciətlərə baxmayaraq, son dəqiqləşmələrə əsasən, I və II Qarabağ müharibələri zamanı əsir və girov götürülmüş və itkin düşmüş 4 010 nəfər haqqında Ermənistan heç bir məlumat təqdim etmir. Azərbaycan və Ermənistanın sülhə doğru addımladığı bir şəraitdə Ermənistanın müharibənin humanitar nəticələrinin aradan qaldırılması, xüsusən də itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində əməkdaşlıqdan yayınması, dəfn yerləri, o cümlədən kütləvi məzarlıqların koordinatları barədə məlumatları Azərbaycana təqdim etməməsi təəssüf doğurur. Biz Komitə üzvlərindən xahiş edirik ki, azərbaycanlı əsir və girov götürülmüş şəxslərin, həmçinin Itkin düşərkən yetkinlik yaşına çatmamaış 71 nəfər uşağın girov götürül vaxt yetkinlik yaşına çatmamış, o cümlədən girov götürülməsi faktı qeydə alınmış yetkinlik yaşına çatmamış 29 uşağın (7 qız və 22 oğlan) sonrakı taleyi barədə Ermənistan dövlətindən məlumat tələb etsin”.
Bəyanat müəllifləri həmçinin Komitəyə aşağıdakıları tövsiyə ediblər: “Ermənistan BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin 25 noyabr–13 dekabr 2024-cü il tarixlərində keçirdiyi 114-cü sessiyada Ermənistanla bağlı qəbul etdiyi Yekun Müşahidələrin (concluding observations) 31 və 32-ci paraqraflarında ifadə olunan tövsiyələri yerinə yetirməli, I Qarabağ müharibəsi zamanı əsir və girov götürdüyü şəxslərin taleyi haqqında açıqlama verməli, baş vermiş cinayətləri, o cümlədən müharibə cinayətlərini araşdırmalı, günahkarları cəzalandırmalı və dövlət kimi hüquqi və siyasi məsuliyyətini etiraf etməlidir; BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsi Ermənistan dövlətindən əsir və girov götürdüyü, sonradan yoxa çıxmış şəxslərin sonrakı taleyi haqqında məlumat tələb etməlidir; BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsi Ermənistan dövlətindən I və II Qarabağ müharibələri zamanı itkin düşmüş şəxslərin dəfn yerləri barədə məlumatların, xüsusilə kütləvi məzar yerlərinin koordinatlarının Azərbaycana təqdim edilməsini tələb etməlidir; İtkin düşərkən yetkinlik yaşına çatmamaış 71 nəfər uşağın, o cümlədən girov götürülməsi faktı qeydə alınmış yetkinlik yaşına çatmamış 29 uşağın (7 qız və 22 oğlan) sonrakı taleyi barədə Ermənistanın səlahiyyətli orqanları ayrıca təhqiqat aparmalı, onların hər biri barədə məlumatlar ətraflı şəkildə açıqlanmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Sentyabr 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri