Icma.az
close
up
RU
BMT yüksək səviyyədə keçirilən həftəni sülh, iqlim fəaliyyətinə və islahatlara çağırışlarla yekunlaşdırıb

BMT yüksək səviyyədə keçirilən həftəni sülh, iqlim fəaliyyətinə və islahatlara çağırışlarla yekunlaşdırıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

BMT-nin bölünmüş dünyada “diplomatiya və dialoq evi” olaraq qaldığını deyən Baş Assambleyanın prezidenti Annalena Berbok 80-ci sessiyanın ümumi müzakirəsini bağlayarkən xalqları həftənin qərarlarını sülh, iqlim dəyişikliyi və institusional islahatlar üzrə konkret fəaliyyətə çevirməyə çağırıb.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, altı gün ərzində 124 dövlət və hökumət başçısı da daxil olmaqla 189 üzv dövlət yaşıl mərmərlə örtülmüş kürsüdən çıxış edərək həm bugünkü qlobal problemlərin ağırlığını, həm də kollektiv fəaliyyət imkanlarını vurğulayıb.

“Əgər yüksək səviyyədə keçirilən bu həftə bir göstəricidirsə, indi oturduğumuz zal həmin məqsədi yerinə yetirir – Birləşmiş Millətlər Təşkilatı hələ də aktualdır. Əsl sınaq bizim gələcək fəaliyyətimizdir”, – deyə xanım Berbok Assambleyada vurğulayıb.

Sülh və münaqişə

Qəzzadan Ukraynaya və Sudana qədər uzanan münaqişələr müzakirələrdə üstünlük təşkil edib və bu, mülki əhalinin müdafiəsi, zorakılığın qarşısının alınması istiqamətində təcili addımların atılmasına təkan verib.

A. Berbok BMT Nizamnaməsinin mübahisələrin sülh yolu ilə həll edilməsində əsas vasitə olduğunu vurğulayıb və ona məhəl qoyulmayacağı təqdirdə xərclər barədə xəbərdarlıq edib. Mülki əhalinin üzərinə bombalar düşəndə, aclıqdan silah kimi istifadə edildikdə, suverenlik zorla tapdalananda, BMT-nin etibarlılığı təhlükə altındadır”, -deyən Baş Assambleyanın prezidenti siyasətçiləri ciddi tədbirlər görməyə çağırıb.

İqlim böhranı dayanmayacaq

Baş Assambleyada nümayəndə heyətləri, həmçinin iqlim dəyişikliyi və Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üçün son tarixlə bağlı həyəcan təbili çalıblar. A.Berbok bununla bağlı deyib: “Onlarla nümayəndə heyəti iqlim dəyişikliyinin təsirləri və 2030-cu ilə qədər SDG-lərə nail olmaq üçün üzləşdiyimiz problemlərlə bağlı “qum saatının” dayandığı haqqında danışdı. Biz bu zalda olduğumuz müddətdə o saat dayanmır. İndi fəlakətli hadisələr baş verir. Əgər bunu inkar etsəniz, iqlim böhranı dayanmayacaq. Nikbinlik doğuran hallar da var: təkcə keçən il bərpaolunan enerjiyə sərmayə 2 trilyon dollar təşkil edib. Ancaq biz hələ də lazım olan məsafədə deyilik və maliyyələşdirmə bu proseslərə açıq maneədir”.

İslahat və yenilənmə

İnstitusional islahatlar da təkrarlanan mövzu olub. A.Berbok Baş katibin təkliflərini BMT-nin fəaliyyətini gücləndirmək üçün konkret yol adlandırıb. O əlavə edib: “Baş katibin yeni mandatların həyata keçirilməsinə dair hesabatı, onun yenidən işlənmiş büdcəsi və digər islahat təklifləri “bu qurumu daha yaxşı, daha güclü, daha effektiv və məqsədə uyğun etmək üçün bizə konkret yol təklif edir. Bu, təkcə büdcələrin azaldılması ilə bağlı deyil, həm də səmərəliliyin artırılması ilə bağlıdır. Burada söhbət prioritetlərdən gedir”.

A.Berbok çıxışının sonunda BMT-nin İkinci Dünya müharibəsindən sonra yaranmasına və onun “gələcək nəsilləri müharibə bəlasından xilas etmək” missiyasına istinad edərək deyib: “Gəlin, keçmişin mirasından ilhamlanaq və birlikdə daha yaxşı gələcək naminə cəsarətlə hərəkət edək. Qorxmadan, ruhdan düşmədən birləşək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri