Icma.az
close
up
RU
Samir Şərifov: Hazırkı qlobal mənzərə ciddi çağırışlarla səciyyələnir

Samir Şərifov: Hazırkı qlobal mənzərə ciddi çağırışlarla səciyyələnir

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Hazırkı qlobal mənzərə ciddi çağırışlarla səciyyələnir. Artan geosiyasi gərginliklər, bəzi hallarda hərbi münaqişələrə və qarşıdurmalara çevrilən proseslər, iqlim dəyişikliyi, müxtəlif böhranlar, eləcə də həm inkişaf etməkdə olan, həm də aparıcı ölkələrdə artan dövlət borcunu qeyd edə bilərik. Məhz bu şəraitdə Azərbaycan müxtəlif coğrafi bazarlar arasında etibarlı bağlantı rolunu oynamağa başlayıb".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası baş nazirinin müavini Samir Şərifov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda investisiyaların axını üçün zəruri infrastruktur yaradılıb:

"Hər bir investisiya üçün ən vacib amillərdən biri siyasi sabitlikdir. Güclü maliyyə bazası, iqtisadi sabitlik və əlverişli biznes mühiti də mühüm şərtlərdəndir. Son dövrdə Azərbaycanın əldə etdiyi reytinqlər bunu bir daha təsdiqləyir. Dünya Bankının biznes mühiti üzrə apardığı qiymətləndirmələrdə, eləcə də aparıcı beynəlxalq kredit reytinq agentliklərinin hesabatlarında ölkəmizin mövqeyi yüksəlib. Yaxın vaxtlarda Azərbaycanın kredit reytinqi "S&P" və "Fitch" tərəfindən investisiya səviyyəsinə qaldırılıb. Qeyd edim ki, "Moody's" agentliyinin verdiyi reytinq isə ölkəmizin müraciəti olmadan, könüllü şəkildə təqdim olunub. Bu da Azərbaycanın investisiyalar üçün cəlbedici məkana çevrildiyinin göstəricisidir.

Bununla yanaşı, Azərbaycan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat infrastrukturunun inkişafına böyük sərmayə yatırıb. Buraya dəniz limanı, dəmir yolu xətləri, genişləndirilmiş avtomobil yolları və hava limanları daxildir. Paralel olaraq ölkədə rəqəmsal transformasiya prosesi həyata keçirilir ki, bu da investisiyalar üçün mühüm ilkin şərtlər formalaşdırır".

"Ölkəmizə qoyulan hər bir sərmayə dostluq və dəstək mühitində qarşılanacaq. Ümumilikdə Azərbaycan körpü rolunu davam etdirəcək və hər kəsi bu körpünün gələcəyə aparan bir hissəsi olmağa dəvət edirəm. Gəlin bu gələcəyi birlikdə quraq", - deyə S.Şərifov qeyd edib.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Sentyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri