BMTdə yeni nümayəndə AFFAnın ilk prezidentinin oğludur
Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
Prezident İlham Əliyevin Sərəncamı ilə Tofiq Fuad oğlu Musayev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.
Tofiq Musayev Bakı şəhəri Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ilk prezidenti mərhum Fuad Musayevin oğludur.
Fuad Musayev 1983–1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, SSRİ Ali Sovetinin deputatı olub.
Fuaf Musayev 1989–1990-cı illərdə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti üzrə Dövlət Komitəsinin sədri, 1990–1991-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi olub.
O, 1992–2003-cü illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti olub. O, həmçinin, İngiltərə, Hollandiya və Belçikada Avropa Çempionatlarının təşkili və keçirilməsi üzrə UEFA Komitəsinin və UEFA-nın Şərqi Avropa Ölkələrinə Yardım Komitəsinin üzvü olub.
Tofiq Fuad oğlu Musayev bakalavr təhsilni hüquqşünaslıq ixtisası üzrə alıb.
Baxış sayı:111
Bu xəbər 20 Dekabr 2024 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















