UEFA FİFA dan sənədləri açıqlamağı tələb etdi noyabrın 2 dək
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA FIFA-ya məktub göndərərək təşkilatın idarəetmə sistemi və qərarların qəbulu prosesi ilə bağlı əsas sənədlərin təqdim olunmasını və bütün sualların cavablandırılmasını tələb edib. Bunun üçün son tarix noyabrın 2-si müəyyən edilib.
Sportal.az xəbər verir ki, UEFA-nın baş katibi Teodoros Teodoridis bildirib ki, FIFA bir sıra prinsipial suallara cavab verməyib. Məktuba əlavə olunan səkkiz səhifəlik sənəddə müxtəlif məsələlərə dair suallar yer alıb. Bunlardan biri "FIFA Forward Enterprise" layihəsidir. Layihə FIFA-nın dünya çempionatı ilə bağlı kommersiya hüquqlarının bir hissəsini ötürməyi planlaşdırdığı törəmə şirkətin yaradılmasını nəzərdə tutur.
Sənəddə, həmçinin FIFA Şurasının razılığı olmadan Donald Trampa təqdim edilən FIFA Sülh Mükafatı və 2026-cı il dünya çempionatında ABŞ millisinin hücumçusu Folarin Baloqunun diskvalifikasiyasının Tramp ilə Canni İnfantino arasında telefon danışığından sonra ləğv edilməsi məsələlərinə toxunulub.
Oktyabrın 15-də Sürixdə keçirilən FIFA Şurasının iclasında təşkilatın prezidenti Canni İnfantino dünya çempionatının hüquqlarının satışı ilə bağlı qalmaqala görə üzr istəyib. O, sualların yazılı şəkildə təqdim olunmasını təklif edib.
UEFA FIFA-nın müəyyən edilmiş müddət ərzində tələbləri yerinə yetirməyəcəyi təqdirdə hansı addımları atacağını açıqlamayıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 19 Oktyabr 2026 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















