Icma.az
close
up
RU
BMTnin qətnamələrini görməzdən gələn müstəmləkəçilər, ada dövlətlərinin sərvətlərini istismar edir

BMTnin qətnamələrini görməzdən gələn müstəmləkəçilər, ada dövlətlərinin sərvətlərini istismar edir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanın istənilən uğuru Qərb dairələri üçün qorxulu bir yuxudur. Azərbaycan bu uğurları, bu fəaliyyəti ilə dünyanın diqqət mərkəzində olan mövzular ətrafında çox ciddi platformalar qurmaqla antiaAzərbaycan mövqeyində olan qüvvələrin bütün fəaliyyətlərini heçə endirir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, “Qoşulmama Hərəkatı”na 4 illik sədrlik, ondan sonrakı proseslərdə həmsədr kimi, “Qoşulmama Hərəkatı”nın bir üçlüyü yaradıldı. Azərbaycanın 3 il ərzində bu prosesdə fəal olması və sonrakı mərhələdə COP29-la bağlı vahid qərarın verilməsi, “COP28-29-30”-u əhatə edən Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanı əhatə edən bir üçlüyün yaradılması bir neçə illik perspektivə hesablanmış bir fəaliyyətdir.

Azər Allahverənov

“Burada da Azərbaycan praqmatik siyasəti ilə, ümumplanetar mahiyyət kəsb edən mövzular ətrafında bütün mütərəqqi qüvvələri səfərbər edərək, bir yumruq şəklində ümumdünya miqyasında bu siyasəti həyata keçirir. Bu siyasət onlar üçün başbəlasına çevrilib. Ən azından “Qoşulmama Hərəkatı”nda “Bakı Təşəbbüs Qrupu”nun fəaliyyəti, yeni mütəmləkəçiliyə qarşı çox fəal mübarizə aparır.

Ada dövlətləri, bu gün müstəmləkəçilikdən əziyyət çəkən bir çox dövlətlər faktiki olaraq bu gün Azərbaycan ətrafında və Azərbaycanın çağırışları ətrafında səfərbər olurlar. Çünki Azərbaycanın çağırışları beynəlxalq hüququn təmin olunması ilə bağlıdır. Onlar Azərbaycanın yanında olmaqla, həm də beynəlxalq hüququn yanındadırlar. Beynəlxalq hüquq da bütün rıçaqlardan istifadə edərək, hüquqlarını təmin edir. Məsələn, BMT-nin müstəmləkəçiliyə son qoyulması ilə bağlı qətnamələri var idi. Bir sıra dövlətlər var ki, bunu tamamilə inkar edir. BMT-nin qətnamələrini belə görməzdən gələrək özlərinin yeni müstəmləkəçilik siyasətini davam etdirməklə, həmin dövlətlərin təbii sərvətlərini çox sərt şəkildə istismar edirdilər. ”-deyə deputat bildirib.

İradə Cəlil.Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Noyabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see198

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see193

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see157

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see149

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see124

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri