BMTnin xüsusi məruzəçisi Anar Məmmədlini dərhal azad etməyə çağırıb
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
BMT-nin ətraf mühitin müdafiəsi üzrə xüsusi məruzəçisi Mişel Forst (Michel Forst) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlini dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.
Gununsesi.info -nun xəbərinə görə, Mişel Forst hesabatında iki həftədən az müddətdə Bakıda başlayacaq COP29-dan əvvəl hüquq müdafiəçisi Anar Məmmədliyə münasibətin pisləşməsindən və vətəndaş cəmiyyəti subyektlərinə qarşı təzyiqlərdən ciddi şəkildə narahatlığını ifadə edib.
“Mən Azərbaycan hökumətini cənab Məmmədlinin məhkəməyə qədərki prosesdən dərhal azad edilməsini təmin etməyə çağırıram”.
BMT-nin xüsusi məruzəçisi öz bəyanatında, həmçinin Azərbaycan hökumətini Anar Məmmədliyə qarşı bütün ittihamları dərhal ləğv etməyə və onun qanunsuz həbsi nəticəsində dəymiş bütün maddi və qeyri-maddi zərəri tam ödəməyə, təcili olaraq səhhətinə görə lazımi tibbi yardım almaq imkanını təmin etməyə çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 04 Noyabr 2024 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















