Icma.az
close
up
RU
BMU Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə elmi tədqiqatlara başlayır FOTOLAR

BMU Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə elmi tədqiqatlara başlayır FOTOLAR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Birləşmiş Ərəb Əmirlikləri Universitetinin (BƏƏU) nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub. 

BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev Birləşmiş Ərəb Əmirliklərinin tanınmış universiteti ilə qurulmaqda olan münasibətlərdən məmnunluğunu ifadə edib və nümayəndə heyətinə rəhbəri olduğu təhsil ocağının strukturu, müasir laboratoriyaları, elmi-tədqiqat imkanları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Rektor universitetin son illərdə qazandığı uğurlardan danışaraq, “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in yeni açıqlanan  nəticələrini və BMU-nun bu reytinqdə Azərbaycan üzrə dördüncü yerə sahib olduğunu diqqətə çatdırıb.

Yaqub Piriyev BMU və BƏƏU-nun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 3  istiqaməti-“Təmiz su və sanitariya”, “Sərfəli və təmiz enerji”, “İqlim dəyişikliyinə qarşı mübarizə” üzrə birgə tədqiqatlar aparacağını xüsusilə qeyd edib. Vurğulayıb ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla, qlobal ekoloji böhranlara qarşı mübarizəyə ən aktiv qoşulan dövlətlərdən biridir. 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub və bu yöndə ölkəmizdə mühüm tədbirlər gerçəkləşdirilir. Hazırda Bakıda COP29-un keçirildiyini önə çəkən rektor BMU-nun BƏƏU ilə aparacağı birgə tədqiqatların iqlim dəyişikliyi ilə mübarizəyə,  o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətə töhfə vermək məqsədi daşıdığını bildirib.

Nümayəndə heyəti adından çıxış edən BƏƏU-nun prorektoru Ahmed Ali Alraeesi BMU-ya səfərlərinin COP29 tədbiri ilə eyni vaxta təsadüf etdiyini önə çəkib və bu mötəbər sessiyanın yüksək səviyyədə təşkil olunduğunu deyib. O, BMU ilə yaranan əməkdaşlığı, bu məqsədlə aparılan müzakirələrin nəticəsi olaraq gerçəkləşdiriləcək layihələri müsbət qiymətləndirib. BƏƏU haqqında məlumat verən prorektor universitetin 1976-cı ildə yaradıldığını, burada 70-dən çox ixtisas üzrə tədris aparıldığını, 160-dan artıq laboratoriyanın,  12 tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini, həmçinin ali məktəbin 80 mindən çox məzununun olduğunu söyləyib. Elmi sahədə də ciddi uğurları olan universitet dünya reytinq sıralamasında 261-ci yerdə qərarlaşır.

Gələcək əməkdaşlıq sahələrinin geniş müzakirəsi ilə davam edən görüşdə iki universitetin Dayanıqlı İnkişaf Məqsədlərinin 3 istiqaməti üzrə 4 mövzuda (yüksək elektrik sahə və qaz boşalmaları əsasında su mühitlərinin zərərsizləşdirilməsinin innovativ üsullarlarının işlənilməsi, su səthinə dağılmış neft təbəqələrini lokallaşdırmaq üçün ekoloji təmiz ion-maye səthi-aktiv maddələrin alınması və xarakteristikası, istixana qazı emissiyalarının azaldılmasında enerji səmərəliliyinin rolu, o cümlədən İqlim Fəaliyyəti və İqtisadi İnkişaf: Davamlı Balansın Yaradılması) birgə elmi tədqiqatlar aparılacağı vurğulanıb. Bu tədqiqatlarda hər iki universitetin  4 müəllim və 8 tələbəsi iştirak edəcək.

Bundan başqa, BMU tələbələrinin BƏƏU-ya səfərinin təşkili, müəllim-tələbə mübadiləsinin gerçəkləşdirilməsi, “Kimya mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramı ilə bağlı əməkdaşlıq da nəzərdən keçirilib.

Görüşdən sonra BƏƏU-nun nümayəndə heyəti BMU-nun dekan və kafedra müdirləri ilə bir araya gələrək başlanılacaq elmi tədqiqatların detalları barədə fikir mübadiləsi aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri