Icma.az
close
up
RU
BMU da beynəlxalq elmmetrik bazalar üzrə təlimlər keçirilib

BMU da beynəlxalq elmmetrik bazalar üzrə təlimlər keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 30 oktyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) elmi fəaliyyətin keyfiyyətinə dəstək məqsədilə müəllim heyəti üçün “Elmmetrik bazalarda elmi məqalələrin hazırlanma metodları” mövzusunda təlimlər təşkil olunub.

BMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov ali təhsil sistemində müəllimlərin elmi fəaliyyətlə məşğul olmasının daim aktuallıq daşıdığını vurğulayıb. Bildirib ki, universitetlərdə elmi yaradıcılığın stimullaşdırılması və bu istiqamətdə davamlı inkişafın təmin edilməsi əsas prioritetlərdən biridir. Prorektor qeyd edib ki, son illərdə BMU-da elmi fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Nəticə etibarilə universitet əməkdaşlarının nüfuzlu beynəlxalq elmmetrik bazalarda dərc olunan məqalələrinin sayı nəzərəçarpacaq dərəcədə artır. Ağası Məlikov təlimlərin əhəmiyyətinə diqqət çəkərək bunun gənc tədqiqatçıların beynəlxalq standartlara uyğun araşdırmalar aparmasına, elmi nəticələrini effektiv şəkildə təqdim etməsinə və ümumilikdə BMU-nun mövqeyinin möhkəmlənməsinə töhfə verdiyini söyləyib.

Təlimlər BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru İslam İslamov tərəfindən aparılıb. Professor iştirakçılara elmmetrik bazalar, elmi məqalələrin yazılma metodikası, düzgün strukturlaşdırılması və nəşrə təqdim olunması mərhələləri barədə ətraflı məlumat verib. Həmçinin elmi nəşrlərin növləri, keyfiyyət göstəriciləri və jurnalların seçilmə meyarlarından danışaraq “Scopus” bazasında uyğun jurnalların axtarışı üzrə praktik məsləhətlər təqdim edib. O da vurğulanıb ki, beynəlxalq elmmetrik bazalarda məqalələrin dərc olunması tədqiqatçının fərdi elmi nüfuzunu artırmaqla yanaşı, universitetin beynəlxalq reytinq göstəricilərinə də müsbət təsir göstərir.

İnteraktiv formada davam edən təlimlərdə iştirakçıların suallarına aydınlıq gətirilib.

Təlimlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 4 (Keyfiyyətli təhsil), 9 (Sənaye, innovasiya və infrastruktur) və 17-ci (Məqsədlər üçün tərəfdaşlıq) istiqamətlərinə uyğun olaraq gerçəkləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri