BMU da dizayn ixtisası üzrə təhsil alan tələbələrin layihələri nümayiş etdirilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 20 may, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və inşaat fakültəsi dizayn ixtisası tələbələrinin növbəti sərgisi keçirilib.
BMU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə Dizayn kafedrasının baş müəllimi Lalə Sadıxovanın rəhbərliyi altında I və II kurs tələbələrinin rəsm, rəngkarlıq və interyer-eksteryer dizayn mövzularında yaratdıqları layihələr nümayiş etdirilib.
Tələbələr iki semestr ərzində hazırladıqları masaüstü kompozisiyalar, həndəsi fiqurlar və dizayn layihələri vasitəsilə öz yaradıcılıq bacarıqlarını, müxtəlif dizaynlara uyğun yanaşmalarını ortaya qoyublar.
Tədbirdə bildirilib ki, bu cür sərgilər tələbələrin yaradıcılıq potensialının inkişafı, onları peşəkar sahəyə hazırlamaq və innovativ üslublara təşviq etmək baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, tələbələrin yaradıcı ideyalarının, təşəbbüslərinin hər zaman dəstəkləndiyi və gələcəkdə daha geniş layihələrin təşkilinin planlaşdırıldığı vurğulanıb.
Sərgi ilə tanışlıq zamanı müəllimlər tələbələrin əl işlərini qiymətləndirib və onlara gələcək layihələrdə uğurlar arzulayıblar.
Sonda tələbələrə sertifikatlar təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 20 May 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















