Icma.az
close
up
RU
BMU da ixtisası üzrə dövlət təqaüdlü ikili diplom proqramı

BMU da ixtisası üzrə dövlət təqaüdlü ikili diplom proqramı

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Elektrik və elektronika mühəndisliyi” Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində qəbulu həyata keçirilən ixtisaslar sırasında yer alır.

Müasir dövrümüzdə ciddi tələbat duyulan və strateji əhəmiyyət daşıyan bu ixtisasa yiyələnmək istəyən abituriyentlər üçün geniş imkanlar yaradan BMU, eyni zamanda ölkəmizdə elektrik və elektronika mühəndisləri yetişdirən ilk universitetlərdən biridir.

“Elektrik və elektronika mühəndisliyi” enerji sistemləri, elektron cihazlar, rabitə texnologiyaları və avtomatlaşdırılmış idarəetmə sahələrinin kəsişməsində duran çoxsahəli bir ixtisasdır. Bu sahə müasir elektrik enerji sistemlərinin dizaynı, quraşdırılması, monitorinqi, idarə olunması və qorunması ilə yanaşı, elektronika, eləcə də rəqəmsal texnologiyaların inkişafı və tətbiqini əhatə edir. İxtisasa yiyələnən tələbələr həm ən kiçik elektron qurğular, həm də iri elektrik stansiyalarında tətbiq olunan kompleks sistemlərlə işləmək bacarığı qazanırlar. Onlar bərpa olunan enerji mənbələrinin inteqrasiyası, enerji paylama, saxlama şəbəkələrinin təkmilləşdirilməsi, müasir idarəetmə sistemlərinin hazırlanması və qabaqcıl elektron həllərin tətbiqi sahəsində peşəkar biliklər əldə edirlər. Proqram bərk cisim fizikası, güc elektronikası, rabitə texnologiyaları, siqnalların emalı, robototexnika, telekommunikasiya və kompüter elmləri kimi sahələrdə geniş nəzəri, habelə praktiki biliklər təqdim edir. Məzunlar mühəndislik layihələrinin icrasında, habelə tədqiqat, innovasiya və beynəlxalq əməkdaşlıq mühitində uğurla fəaliyyət göstərə biləcək yüksək ixtisaslı mütəxəssislər kimi yetişirlər.

Bu imkanları dəyərləndirmək istəyən abituriyentlər Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə icra müddəti 2030-cu ilədək uzadılan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə müvafiq Dövlət Proqramı çərçivəsində gerçəkləşdirilən BMU-İNHA  İDP-yə müraciət edə bilərlər. Hazırda ali təhsilin bakalavriat səviyyəsində 2025/2026-cı tədris ili üçün “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə BMU-İNHA İDP-yə onlayn qeydiyyat prosesi davam etməkdədir.

Tədrisi 3+1 modelinə əsaslanan proqram tələbələrinin Koreya Respublikasında 1 illik tam təhsil və digər xərcləri  dövlət tərəfindən ödənilir.

Təhsil müddətinin sonunda tələbələrə BMU və İNHA Universiteti tərəfindən “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə bakalavr diplomları təqdim edilir. Bu ixtisas üzrə məzunlar sənayenin müxtəlif təyinatlı sahələrində, o cumlədən nəqliyyat, energetika, neft-qaz sənayesi, ümumi və xüsusi təyinatlı maşın və elektronika istehsalı, mürəkkəb elektron-idarəetmə sistemlərin istismarı ilə məşğul olan dövlət və özəl muəssisələrdə mühəndis-elektrik, mühəndis-elektronçu kimi digər yüksək reytinqli vəzifə və peşələrdə çalışmaq imkanı qazanırlar.

Qeyd edək ki, ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. BMU-İNHA İDP-də bu il DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupu üzrə minimum 400 bal toplamış abituriyentlər iştirak edə bilər. Seçim nəticəsində 25 nəfər tələbə “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə təhsil almaq hüququ qazanacaq.

Proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada keçirilən Riyaziyyat, Fizika, İngilis dili üzrə daxili imtahanda da uğur qazanmalıdırlar. Daxili imtahanda iştirak üçün namizədlər tələb olunan sənədləri “onlayn anket”ə daxil etməlidir. Sənədlərin son qəbul tarixi 09.08.2025-il saat 23:55-dir. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim olunmalıdır.

BMU-İNHA İDP-ə qəbul üçün daxili imtahan 11 avqust tarixində keçiriləcək. İmtahan nəticələri isə 15 avqust tarixində elan ediləcək.

Proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Avqust 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri