Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı keçiriləcək
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 1 oktyabr, AZƏRTAC
Dekabrın 16-17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) keçiriləcək.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etməkdir.
“Konstitusiya və Suverenlik İli”nə həsr edilən konfrans təbiət elmləri, mühəndislik, riyaziyyat və İKT, sosial-humanitar, ictimai elmlər istiqamətləri üzrə təşkil ediləcək.
Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan, ölkə və ya xaricdəki ali təhsil və ya elmi müəssisələrin tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və ya dissertantlar, ölkəmizdə yerləşən ali təhsil və ya elmi müəssisələrin elmi-tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan əcnəbi doktorant və ya dissertantlar, həmçinin yaşı 35-dən çox olmayan elmi dərəcəsi olan gənc tədqiqatçılar iştirak edə bilərlər.
Konfransda iştirak üçün ətraflı məlumatı buradan əldə etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 01 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















