Icma.az
close
up
RU
BMU Malayziyanın qabaqcıl elmi tədqiqat universiteti ilə əməkdaşlığa başlayır

BMU Malayziyanın qabaqcıl elmi tədqiqat universiteti ilə əməkdaşlığa başlayır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 15 oktyabr, AZƏRTAC

Bakı Mühəndislik Universiteti (BMU) ilə Malayziya Elm Universiteti (Universiti Sains Malaysia-USM) arasında gələcək əməkdaşlığın əsasını qoyan ilk görüş keçirilib. Görüşdə hər iki universitetin beynəlxalq əlaqələr və elmi-tədqiqat istiqamətləri üzrə nümayəndələri iştirak ediblər.

BMU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə fəaliyyət sahələrinin müəyyənləşdirilməsi və qarşılıqlı maraq doğuran təşəbbüslər ətrafında müzakirələr aparılıb. Müzakirələrdə tələbə və müəllim mübadilə proqramlarının təşkili, birgə elmi-tədqiqat layihələri, o cümlədən elmi nəşrlərin hazırlanması, ikili diplom, akademik proqramların yaradılması perspektivləri nəzərdən keçirilib. Bununla yanaşı, dayanıqlılıq, həmçinin mühəndislik və informasiya texnologiyaları kimi prioritet istiqamətlərdə əməkdaşlıq potensialı dəyərləndirilib.

Görüşdə yaxın vaxtlarda gerçəkləşdirilməsi nəzərdə tutulan qarşılıqlı səfərlərin universitetlər arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm addım olacağına əminlik ifadə edilib. Tərəflər əməkdaşlıq memorandumu layihəsinin hazırlanması barədə razılığa gəliblər.

Qeyd edək ki, 1969-cu ildə əsası qoyulan USM Cənub-Şərqi Asiyanın aparıcı elmi-tədqiqat və araşdırma universitetlərindən biridir. Beynəlxalq səviyyədə yüksək reytinqə (QS reytinqində 134-cü yer) malik olan USM ilə əməkdaşlıq yeni mübadilə imkanları, ortaq layihələrin reallaşdırılması və qlobal akademik şəbəkələrə çıxış baxımından əhəmiyyətli üstünlüklər yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see344

“İnsanyuyan” satışa çıxarıldı Fotolar

29 Noyabr 2025 08:07see183

Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır

29 Noyabr 2025 10:07see172

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see167

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see166

Göygöldə “BMW” alışıb yandı Fotolar+Video

29 Noyabr 2025 07:20see156

Zəngəzur dəhlizi Cənubi Qafqazın güc xəritəsini yenidən cızır TƏHLİL

29 Noyabr 2025 09:09see154

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see150

“Aristokrat” klinikasında QALMAQAL KONKRET

29 Noyabr 2025 09:10see143

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see135

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see134

ABŞ bütün sığınacaq müraciətlərinə baxışı dayandırıb

29 Noyabr 2025 08:22see134

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see133

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see133

Tanınmış türk məşqçi Azərbaycanda işləmək istəyir

29 Noyabr 2025 08:27see132

Ödənişli yolda YENİLİK

29 Noyabr 2025 10:08see131

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see129

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see129

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see129

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri