Icma.az
close
up
RU
BMU ilə ACCA arasında bu məsələlər müzakirə olunub FOTOLAR

BMU ilə ACCA arasında bu məsələlər müzakirə olunub FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Bakı Mühəndislik Universitetində (BMU) ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) nümayəndələri ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə universitet ilə ACCA arasında gələcək əməkdaşlıq istiqamətləri, tələbələr üçün beynəlxalq sertifikatlaşdırma məsələləri müzakirə olunub.

BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, universitetin əsas prioritetlərindən biri tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və tələbələrin rəqabətqabiliyyətli kadr kimi formalaşdırılmasıdır. Bu baxımdan beynəlxalq əməkdaşlıqların genişləndirilməsinin universitetin strateji inkişaf xəttinin mühüm tərkib hissəsi olduğunu deyən rektor  ACCA kimi nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlığın önəmini vurğulayıb. Bu əməkdaşlığın BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin  tələbələri üçün karyera baxımından yeni imkanlar açdığını fikirlərinə əlavə edən Yaqub Piriyev  tələbələrin maliyyə və mühasibatlıq sahəsində beynəlxalq səviyyədə tanınan sertifikatlara yiyələnmək, bilik və bacarıqlarını qlobal standartlara uyğun şəkildə inkişaf etdirmək imkanı qazandıqlarını söyləyib. Bir çox nüfuzlu beynəlxalq və yerli şirkətlərin müvafiq sahələr üzrə kadr seçimində ACCA-nın aidiyyəti fənlər üzrə imtahan verərək sertifikat əldə etmiş namizədlərinə üstünlük verdiklərini deyən rektor assosiasiya ilə əməkdaşlığın daha intensiv və sistemli xarakter alması üçün mövcud imkanlara diqqət çəkib. 

ACCA-nın Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Senem Ross-Forrester və Avrasiya, Yaxın Şərq əlaqələri (təhsil) üzrə rəhbəri Tariro Masukumen  qurum haqqında məlumat veriblər. Bildirilib ki, 180-dən çox ölkədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq peşəkar mühasibatlıq təşkilatı olan Assosiasiyanın 258 mindən çox üzvü və 500 mindən çox qeydiyyatdan keçmiş tələbəsi var. Qonaqlar, eyni zamanda ACCA tərəfindən BMU tələbələri üçün edilmiş güzəştlərdən danışıblar. Təşkilat nümayəndələri, həmçinin BMU ilə əməkdaşlıqdan məmnunluqlarını və tələbələrin səviyyəsinin yüksək olduğunu ifadə ediblər. 

Görüş çərçivəsində BMU-da ACCA proqramlarının tətbiqi ilə bağlı məsələlər, habelə birgə seminar və təlimlərin təşkili, eləcə də peşəkar inkişaf proqramları ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, universitetin İqtisadiyyat və idarəetmə fakültəsi ilə son tədris ilində əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi, bunun nəticəsi olaraq tələbələr üçün ACCA tərəfindən tətbiq olunan güzəştlər, müvafiq fənnlər üzrə xüsusi təlimlərin təşkili və s. nəzərdən keçirilib. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Fevral 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri