Icma.az
close
up
RU
BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib FOTOLAR

BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi ilə birlikdə müzakirə formatında görüş təşkil edilib.

"Unikal" xəbər verir ki, ilk olaraq çıxış edən rektor Yaqub Piriyev görüşün BMU ilə ATİAHİ arasında əlaqələrin gücləndirilməsi, münasibətlərin daha səmərəli əməkdaşlıq əsasında tənzimlənməsi istiqamətində atılan növbəti addımlardan biri olduğunu vurğulayıb. Rektor ATİAHİ-nin son dövrlərdə həyata keçirdiyi tədbirlərə toxunub və təhsil işçilərinin hüquqlarının qorunması, sosial-bərabərlik, ədalət prinsipinə riayət olunması baxımından fəaliyyətini müsbət qiymətləndirib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ATİAHİ Respublika Komitəsinin  dövlətin gənclər siyasətinə fəal dəstəyini ayrıca qeyd edən rektor onların sosial müdafiəsinin gücləndirilməsi, potensiallarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən müxtəlif tədbirləri sadalayıb. Belə layihələrdən biri kimi “Adlı təqaüd”ə layiq görülən tələbələrin sayının cari tədris ilində əhəmiyyətli şəkildə artırılmasına diqqət çəkən Yaqub Piriyev, eyni zamanda bu gənclər arasında BMU tələbələrinin də olduğunu və layihənin onlara stimul verdiyini fikirlərinə əlavə edib.

Sonra ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev çıxış edərək son dövrlər universitetlə həmkarlar ittifaqı arasında əməkdaşlığın daha koordinasiyalı, təşkilatlanmış və faydalı şəkildə inkişaf etdirildiyini bildirib. Bugünkü görüşün də əsas məqsədinin həm ittifaq tərəfindən həyata keçirilən yenilikləri açıqlamaq, həm də pedaqoji heyəti maraqlandıran məsələlərə aydınlıq gətirmək olduğunu deyən komitə sədri gerçəkləşdirilən tədbirlərlə bağlı geniş məlumat verib. Həmçinin sağlamlıq və istirahət məkanlarına göndərişlərlə bağlı yenilikləri, qurumun nəzdində olan istirahət mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi, elektonlaşma və s.  istiqamətlərdə atılan addımları, gələcəkdə icrası planlaşdırılan layihələri diqqətə çatdırıb.

Müzakirələrlə davam edən görüş zamanı iştirakçıların təklifləri dinlənilib və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 May 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri