Icma.az
close
up
RU
BMU ilə Əlcəzairin Relizane Universiteti arasında memorandum imzalanıb AZƏRTAC

BMU ilə Əlcəzairin Relizane Universiteti arasında memorandum imzalanıb AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Xırdalan, 27 noyabr, AZƏRTAC

Bakı Mühəndislik Universiteti (BMU) ilə Əlcəzair Respublikasının Relizane Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-a BMU-dan bildirilib. BMU-nun rektoru Yaqub Piriyev və Relizane Universitetinin rektoru Ahmed Bahri tərəfindən imzalanan sənəd tədris və elmi-tədqiqat fəaliyyətinə marağın artırılması, birgə tədqiqatlar üçün təkliflər hazırlanması, təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris və idarəetmə üsulları haqqında məlumat mübadiləsi, ətraf mühitin idarə olunması üzrə birgə tədbirlərin təşkili, tələbə, işçi heyəti, o cümlədən elmi və metodik nəşrlərin mübadiləsi məsələlərini əhatə edir.

İmzalanma mərasimində Yaqub Piriyev qonaqlara BMU haqqında ümumi məlumat verib. Universitetdə həyata keçirilən yenilikləri vurğulayan rektor ali təhsil ocağında Azərbaycan və ingilis dillərində tədris aparıldığını, informasiya texnologiyaları və başqa istiqamətlər üzrə yeni ixtisasların açıldığını deyib. Ölkəmizin xaricdə təhsil proqramlarından danışan, bu siyasətin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu nəzərə çatdıran Yaqub Piriyev son illər Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən xaricdə təhsillə bağlı dövlət proqramlarını və aidiyyəti statistik göstəriciləri qeyd edib. Hazırda ölkəmizdə beş tam dövlət təqaüdlü ikili dövlət proqramının icra olunduğunu fikirlərinə əlavə edən rektor həmin proqramlardan birinin BMU ilə Koreyanın İNHA Universiteti arasında həyata keçirildiyini söyləyib. Rektor Azərbaycanla Əlcəzair arasında dostluq münasibətlərinə də toxunub, BMU ilə əsası qoyulan əlaqələrin iki ölkənin təhsil sahəsindəki əməkdaşlığına töhfələr verəcəyinə inandığını bildirib.

Bakıda olmaqdan məmnunluğunu dilə gətirən rektor Ahmed Bahri isə öz növbəsində Relizane Universiteti ilə bağlı ətraflı danışıb, müxtəlif ixtisaslar üzrə ümumilikdə 14 min tələbənin təhsil aldığı ali məktəbin maddi-texniki bazası haqda zəruri informasiyaları təqdim edib. BMU-da əlcəzairli gənclərin də təhsil aldığını vurğulayan rektor ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Görüşdən sonra qonaqlar BMU-nun müasir laboratoriyaları və Texnoparkı ilə tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri