Icma.az
close
up
RU
BMU ilə Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu arasında memorandum imzalandı

BMU ilə Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu arasında memorandum imzalandı

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Mühəndislik Universiteti (BMU) ilə Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Modern.az xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev və Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev tərəfindən imzalanan sənəd elmi-tədqiqat, tədris və praktik fəaliyyət sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi, tələbələrin təcrübə proqramlarına cəlb olunması, eləcə də müxtəlif maarifləndirmə layihələrinin icrasını nəzərdə tutur. Sənəddə, həmçinin beynəlxalq səviyyəli birgə tədqiqatların aparılması, əldə olunacaq mühüm elmi nəticələrin müxtəlif konfrans və elmi simpoziumlarda məruzə edilməsi, nüfuzlu xarici jurnallarda dərc olunması öz əksini tapıb.  

İnzalanma mərasimində rektor Yaqub Piriyev bildirib ki, təməli qoyulan əməkdaşlıq elmi potensialın və tədris imkanlarının daha da genişlənməsinə xidmət edəcək. Son illər BMU-da həyata keçirilən yenilikləri, struktur dəyişikliklərini önə çəkən rektor bu sırada Qida və biotexnologiya kafedrasının yaradılmasını ayrıca vurğulayıb. Bildirib ki, BMU-da iki ildir qəbul aparılan “Biotexnologiya” ixtisası abituriyentlər arasında böyük maraq doğurur və ayrılan plan yeri tam dolmaqla yanaşı, bu sahəyə yüksək bal toplayan tələbələr qəbul olub. “Biotexnologiya” ixtisasının bir çox strateji sahələrdə tətbiqinin böyük əhəmiyyət kəsb etdiyini bildirən Yaqub Piriyev universitetdə bu istiqamətdə tədris prosesinin müasir tələblərə uyğun qurulduğunu, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaların fəaliyyət göstərdiyini vurğulayıb. Eyni zamanda Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu ilə əməkdaşlığın bu işin daha da inkişafında əvəzsiz rol oynayacağını fikirlərinə əlavə edib.

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev imzalanan sənədin elmi-tədqiqat və tədris sahəsində yeni imkanlar açdığını deyib. Bildirib ki, bu əməkdaşlıq gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, habelə müasir yanaşmaların formalaşmasına xidmət edəcək. Çağdaş dövrümüzdə biotexnologiya kimi strateji ixtisasların artan önəmindən danışan və bir sıra konkret nümunələr təqdim edən professor, habelə BMU-da Qida və biotexnologiya kafedrasının fəaliyyət göstərməsini, bu sahələr üzrə kadr hazırlığına diqqətin aparılmasını müsbət qiymətləndirib. Qeyd edib ki, institut ilə universitetin birgə fəaliyyəti sayəsində elmi tədqiqatlar, seminarlar və təcrübə proqramlarının həyata keçirilməsi, elm və tədrisin vəhdəti nəticəsində əldə olunacaq nailiyyətlər bütövlükdə ümumi işə mühüm töhfə verəcək.

Daha sonra memorandumdan irəli gələn məsələlər müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see282

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see228

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see136

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri