Icma.az
close
up
RU
Zəngin tarixə malik elmi tədqiqat institutu

Zəngin tarixə malik elmi tədqiqat institutu

Icma.az bildirir, 525.az portalına istinadən.

96 illik zəngin tarixə malik akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) dünyamiqyaslı elmi nəticələrlə zəngin şərəfli tarixi var. Dahi alim, akademik Y.H.Məmmədəliyev bu institutun böyük nüfuzunun yaranmasında müstəsna rol oynayıb və institut bugün də onun adını şərəflə daşıyır.

Hələ İkinci Dünya müharibəsində yüksəkoktanlı aviasiya benzininin Y.H.Məmmədəliyev tərəfindən yaradılması SSRİ-nin qələbəsində öz böyük təsirini göstərib. "Molotov kokteyli", Y.Qaqarini kosmosa aparan raketin yanacağı da məhz NKPİ-də yaradılıb. Qeyd etmək istərdik ki, 2024-cü ildə Rusiyada "Neft və qaz emalı atlası"nın (rus dilində çap olunub) 194-197-ci səhifələrində bu haqda məlumat verilib. Həmin atlasın 42-49-cu səhifələrində NKPİ-nin şanlı tarixi və onun elmi uğurları xüsusi qeyd edilib.

1942-2024-cü illərdə NKPİ-də işlənib hazırlanmış 86 elmi nəticə SSRİ və Azərbaycan miqyasında tətbiq olunmuşdur. Müstəqillik illərində NKPİ-nin elmi nəticələrinin ölkəmizin iqtisadiyyatına verdiyi töhfələrin bir qismini aşağıda qeyd edirik.

1. 1993-cü ildə ölkəmizdə Q-43/107 katalitik krekinq qurğusu istifadəyə verilib ki, bu qurğuda istifadə olunan proses NKPİ-də akademik M.İ.Rüstəmovun rəhbərliyi ilə yaradılıb. Hər il Heydər Əliyev adına Neft Emalı zavodunda 1,2 milyon ton Aİ-92 benzini istehsal olunur.

2. NKPİ-də yaradılmış Kaspi-X  korroziya inhibitoru 1995-ci ildən neft emalı zavodunda 4 qurğuda istifadə edilib və 1995-2022-ci illər ərzində 26724 ton istehsal olunub.

3. 1994-2009-cu illərdə BP şirkəti və NKPİ arasında geniş əməkdaşlıq aparılmış, şirkətin təşəbbüsü və sponsorluğu, NKPİ və BP-nin birgə təşkilatçılığı ilə neftkimyası üzrə Bakı Beynəlxalq Məmmədəliyev Konfransları keçirilmiş, 1998-2011-ci illərdə BP Azərbaycan Şirkətini reagentlərlə təmin etmək üçün Norveçin Dino və ABŞ-ın Çempion firmaları ilə əməkdaşlıq aparılmışdır. Həmin illərdə "Azəri", "Çıraq" yataqlarında neft çıxarılmasında NKPİ-nin böyük rolu olmuşdur.

4.NKPİ-də yaradılmış "Kaspi-X(M)" inhibitoru 2009-2022-ci illərdə 286 ton istehsal edilərək neft emalı zavodunda istifadə olunub.

5. "Bakı" ərp həlledicisi 1998-2022-ci illərdə 94 ton istehsal edilərək neft emalı zavodunda istifadə olunub.

6. Bituma modifikator olan V-2 aşqarı 2015-2023-cü illərdə Azərbaycanda ümumilikdə 689 ton istehsal edilərək yol tikintisində istifadə edilib.

7. Üç qida elementli, nitrat azotuna və ballasta malik olmayan "Azofos-K" gübrəsi yaradılıb və 199 ton istehsal edilərək üzüm və nar bağlarında istifadə olunub. Şamaxıda 1 hektar üzüm bağına 214 kq həmin gübrə verildikdə hektardan məhsuldarlıq 20 ton, şəkərlilik 22%-dən çox olub (İsrailin istehsalı olan gübrə eyni miqdarda istifadə edildikdə məhsuldarlıq 11 ton, şəkərlilik 18% olub). Həmin gübrə nar bağında hər hektara 110 kq miqdarında verildikdə məhsuldarlıq hər hektarda 5 ton artıb. Bu gübrə 290 hektar nar bağına verildikdə əlavə olaraq 1450 ton nar əldə olunub.

8. 2022-ci ildən "Salyan Oil" MMC-də "Parkorin-22A" inhibitor-depressant istifadə olunur və son 3 ildə 500 tona yaxın reagent istifadə edilib. 2025-ci ilin ilk üç ayında 72 ton reagent istehsal edilərək həmin şirkətə təhvil verilib.

9. NKPİ-də dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin fundamental və tətbiq yönümlü tədqiqatlarının nəticəsi olaraq "Ağ Naftalan yağı"nın alınma texnologiyası işlənib hazırlanıb və bu yağ Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində dərman vasitəsi kimi 2014-cü ildə qeydiyyata alınıb və həmin ildən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təcrübə-Sənaye zavodu ilə birlikdə istehsalı təşkil olunub. 2014-2019-cu illərdə 1460 kq "Ağ Naftalan yağı" istehsal olunaraq dərman kimi istifadə olunub. Bu yağ 2017-ci ildə kosmetik vasitə kimi Səudiyyə Ərəbistanında qeydiyyatdan keçib. 2025-ci ilin əvvəlində bu yağ Bolqarıstanda da kosmetik vasitə kimi ilkin qeydiyyatdan keçib. NKPİ-nin əməkdaşları 2003-2024-cü illərdə "Ağ Naftalan yağı" əsasında yaradılan yeni tibbi və kosmetik vasitələrə Azərbaycan Respublikasının 6 patentini alıb. NKPİ alimlərinin Almaniyanın elmi mərkəzləri ilə bu sahədə tədqiqatları uğurla nəticələnib.

10. Azərbaycanın bitki yağları əsasında məhsuldarlığı 720 l/s olan kavitasiya reaktorundan istifadə edilməklə biodizel yanacağının alınma texnologiyası işlənib hazırlanmış, həmçinin bu yağların birbaşa neft emalı zavodunun əmtəə dizel və benzin yanacaqları istehsalı texnoloji sxeminə daxil edilməsi texnologiyaları təklif olunmuşdur. 2001-ci ildə Sumqayıt Aşqarlar Zavodunda "Nefras-S 35/130" və "Nafta" həlledicilərinin alınması üçün 5000 ton/ay məhsuldarlığa malik qurğu yaradılmış və uğurla sənayeyə tətbiq olunmuşdur.

11. 2008-2011-ci illərdə "Tural" elmi-istehsalat şirkətində yüksək oktanlı avtomobil benzinləri üçün metil və etil üçlü butil efirlərinin alınma texnologiyası hazırlanmış və 12000 ton/il məhsuldarlığa malik qurğu istifadəyə verilmişdir. Alınan məhsullar bir sıra Avropa ölkələrinə ixrac edilmişdir. Metil-üçlübutil efiri Azərbaycan Respublikasının Yol Xəritəsinə daxil edilmişdir.

12. Akademik M.İ.Rüstəmov və professor S.Ə.Sultanovun rəhbərliyi ilə Azərbaycan neftinin müxtəlif fraksiyalarından beynəlxalq standartlara cavab verən reaktiv yanacaqlar, ekoloji təmiz dizel yanacağı və AMQ-10 hidravlik mayenin baza məhsulunun alınma texnologiyaları hazırlanmışdır. Bu texnologiyalar 2004-cü ildə Heydər Əliyev adına NEZ-də tətbiq olunmuş və müəssisəyə ildə 9 milyon manat gəlir gətirmişdir.

13. 1991-1993-cü illərdə institutda alınan sintetik ətirli maddələr əsasında təravətləndiricilər (2740,9 kq) Moskva və Xarkov şəhərlərindəki "Svoboda" və "Gffekt" ətriyyat fabriklərinə, 8600 kq aromatizator istehsal olunaraq Moskva və Leninqrad marqarin kombinatlarına göndərilmişdir.

14. Respublika yanacaq-energetika kompleksinin struktur dəyişikliyi çərçivəsində yeni yataqların neftləri əsasında mütərəqqi tələblərə müvafiq yanacaqların və yağlar istehsalını təmin edən neft emalı müəssisələrin perspektiv inkişaf konsepsiyaları yaradılıb, müvafiq qurumlara təqdim edilib və müəssisələrin yenidən qurulma işlərində nəzərə alınmışdır. 2000-2002-ci illərdə Sumqayıt neft-kimya kompleksinin perspektiv inkişaf konsepsiyası yaradılmış və "Azərkimya" şirkətinə təqdim edilmişdir.

2014-cü ildə dövlət sifarişi ilə müalicəvi Naftalan neftinə aid sənədli film çəkilib və onun elmi məsləhətçisi akademik V.M.Abbasov olub. Bu film 2015-ci ildə Milanda ümumdünya sərgisində nümayiş etdirilib. 2003-2024-cü illərdə NKPİ-də bu sahədə 6 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunub.

NKPİ-də "Qarabağ-1", "Qarabağ-2", "Qarabağ-3" və "Qarabağ-4" bitkilərin boy stimullaşdırıcıları yaradılıb və sahə sınaqları keçirilib. Bu reagentlər olduqca az miqdarda istifadə olunur, bitkilərin boyunun sürətlə inkişafına, məhsuldarlığın kəskin artmasına səbəb olur. Onun yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərdə istifadəsi meşələrin sürətli bərpasına, kənd təsərrüfatı bitkilərinin məhsuldarlıqlarının artmasına səbəb olacaqdır.

NKPİ-də 1991-2024-cü illərdə aşağıdakı patentlər alınıb:

Rusiya Federasiyasının 33 patenti; 1 Beynəlxalq patent; 17 Avrasiya patenti; 224 Azərbaycan Respublikasının patenti (Cəmi 275 patent).

1991-2025-ci illərdə NKPİ-də - 105 kitab, 74 monoqrafiya, 32 dərslik, 55 dərs vəsaiti, 27 biblioqrafiya, 26 konfrans materialı hazırlanaraq çap olunub.

1991-2025-ci illərdə institutun əməkdaşları 3907 məqalə çap etdiriblər ki, onlardan 1327-si xarici jurnallarda nəşr olunub. Eyni zamanda bu müddət ərzində 4955 məruzələrin tezisləri  çap etdirilmişdir ki, onlardan 1369-u xarici mətbuatda dərc olunub.

Neft emalının kompleksli istehsal proseslərində maya dəyərinin kalkulyasiyası haqqında həmmüəlliflərə yaradılmış metodik təlimat 1998-ci ildən Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və ARDNŞ tərəfindən təsdiq edilmiş və Respublikanın bütün neft emalı müəssisələrində əsas vəsait kimi qəbul edilmişdir.

2015-2025-ci illərdə hər il uyğun olaraq 206; 194; 180; 166; 121; 96; 111; 112; 154; 196; 62, o cümlədən, xarici jurnallarda uyğun olaraq  67; 74; 98; 88; 63; 56; 60; 55; 87; 78; 18 məqalə çap olunub.

2015-2025-ci illərdə institutun əməkdaşları Q1-də -22; Q2-də -26; Q3-də -81 və Q4-də -242 məqalə çap etdiriblər.

2015-2025-ci illərdə məqalələrə ümumi istinadların sayı illər üzrə 1442;

915; 1053; 1101; 1251; 1261; 1462; 1224; 1687; 2793; 1157 (ümumilikdə 15346) olub.

2000-ci ildən NKPİ iki versiyada (rus və ingilis dillərində) "Neft kimyası və neft emalı prosesləri" elmi jurnalı çap olunur. 2016-cı ildən Neft-Kimya Prosesləri İnstitutunun "Processes of Petrochemistry and Oil Refining" jurnalı yalnız ingilis dilində nəşr olunaraq "Web of science" bazasına daxil edilmişdir. 2017-ci ilin sentyabr ayından "Thomson Reuters" (Web of Science) "Clarivate Analytics" elmimetrik bazasında yerləşdirilib. 2023-cü ildən jurnal "Web of Science" bazasında Q4 kateqoriyasına daxil edilib və impakt faktoru 0.2-dir. PPOR 2024-cü ildə "DOI" Beynəlxalq Fondunun "Crossref Publishers International Linking Association, Inc." Rəsmi Qeydiyyat Agentliyinə ali qurum qismində üzv olmuşdur. "Crossref Publishers International Linking Association, Inc." tərəfindən Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu adı altında https://doi.org/10.62972/ prefiks təsis edilmişdir. 2013-2018-ci illərdə NKPİ-də "Elm dünyası" elmi-kütləvi jurnalı nəşr edilmişdir. 2003-cü ildən etibarən institutda "Kimya məktəbdə" jurnalı da nəşr olunur.

İnstitutda 2012-ci ildə yaradılmış nkpi.az saytı ölkəmizdə ən maarifləndirici saytlardan biridir. Bu saytda elmin müxtəlif sahələrinə aid zəngin məlumatlar, kimya dərslərinin geniş şərhləri, 4 milyon illik bəşər tarixinə aid və s. məlumatlar verilir:

- indiyə qədər saytda 2697 xəbər, təbiət kimyasının möcüzələri və sağlamlığa aid 1171,  Nobel mükafatları laureatlarına aid 297,  dahilər, müdriklər və fatehlərinə aid 758, müəllim və şagirdlər üçün 2978, Azərbaycanın görkəmli neft kimyaçıları haqqında 83, Azərbaycan Elmlər Akademiyasının 329 həqiqi və müxbir üzvləri haqqında 2639 məlumat yerləşdirilib;

- Azərbaycanın bütün rayonlarının yaranma tarixi, florası, faunası, çayları, tarixi abidələri haqqında məlumatlar verilib;

- Azərbaycan toponimlərinin mənşəyi haqqında məlumatlar da saytda yerləşdirilib.

İndiyə qədər bu sayta 15386400 baxış olub və hər gün dünyanın 120-dən çox ölkəsindən baxış var.

Həmişə NKPİ-də şöhrətli elmi məktəblər olub və bu gün də var. 1991-2025-ci illərdə bu məktəblərdə hazırlanmış elmi kadrlar aşağıda verilir: Musa Rüstəmovun elmi məktəbi - 25 f.d.; 11e.d.; Məhərrəm Məmmədyarovun elmi məktəbi -12 f.d.; 4 e.d.; Vaqif Abbasovun elmi məktəbi - 41 f.d.; 16 e.d.; Akif Əzizovun elmi məktəbi - 14 f.d.; 5 e.d.; Ziya Əsədovun elmi məktəbi - 12 f.d.; 4 e.d.; Nazil Canıbəyovun elmi məktəbi - 4 f.d.; 1 e.d.; Elmira Süleymanovanın elmi məktəbi - 16 f.d.; 4 e.d., Hafiz Əlimərdanovun elmi məktəbi - 11 f.d.; 4 e.d.; Minavər İbrahimovanın elmi məktəbi - 11 f.d.; 1 e.d.; Çingiz Rəsulovun  elmi məktəbi - 9 f.d.; 2 e.d.; Sultan Sultanovun elmi məktəbi -6 f.d, 1 e.d.; Leylufər Əliyeva - 8 f.d., 4 e.d.; Təranə Məmmədova 6.f.d., 1 e.d.; Səfa Abasov - 4 f.d., 4.e.d.; Rəna Cəfərova - 9 f.d., 3- e.d.; Azadə Hüseynova -13 f.d, 2 e.d. ; Fəzilə Səmədova - 7 f.d., 4 e.d.; Arif Həsənov - 7 f.d., 2 e.d.;  Hikmət İbrahimov - 8 f.d., 2 e.d, Azər Qasımov 8 f.d. və 1 e.d.

NKPİ-də hazırlanmış yüzlərlə kadr bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda ən müxtəlif yüksək vəzifələrdə çalışır və ya elmi-pedaqoji fəaliyyət göstərir. Onların bir qisminin adları aşağıda verilir.

1. Əzizov Rüfət - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, rektor

2. Şəfiyev Vüsal - BP şirkətinin vitse-prezidenti.

3. Alxaslı Emil - Socar Downstream, baş direktor.

4. Muxtarova Gülbəniz - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Elm sahələri üzrə 1-ci şöbənin müdiri.

5. Rəhimov Rəvan - Bakı Mühəndislik Universiteti, Qida və biotexnologiya kafedrasının müdiri.

6. Yusif Abdullayev - ABŞ, Kolumbiya, Cənubi Karolina, Allen Universiteti, müəllim.

7. Əliyev Tofiq - Təbii Ehtiyatlar İnstitutu, baş direktor.

8. Zərbəliyeva İlhamə - Bakı Ali Neft Məktəbi, elmi katib.

9. Əliyev Bilal - SOCAR Türkiyə Ar-Ge Mərkəzinin baş direktoru.

10. Abdullayeva Emilya - Oman Respublikası, Oman Muscat Champion X, Petroleum Development, menecer.

11. Quliyev Anar - BP şirkəti, Proses baş mühəndisi.

12. Cəbrayılzadə Şəbnəm - Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Ekspertiza sektorunda ekspert.

13. İbrahimov Rasim - Socar Downstream, baş direktorun müşaviri.

14. Məmmədova Günel - Odlar Yurdu Universiteti, "Biologiya və ekologiya" kafedrası, dosent, müəllim.

15. Zərgərova Sevda - Bakı Ali Neft Məktəbi prorektor.

16. Quliyeva Rima - Bakı Ali Neft Məktəbi, Mühəndislik fakültəsi, Kimya kafedrasının müdiri.

17 - Nəbiyeva Həcər - Bakı Ali Neft Məktəbi, dosent.

18. Məmmədxanova Sevinc - ADNSU, Kimya-Texnologiya fakültəsinin dekanı;

19. Rəsulov Sakit - ADNSU, "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri;

20. Əmirli Fariz t.e.d. - ADNSU, "Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası"  kafedrasının müdiri;

21. Mahmudova Leyla - ADNSU, "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrası, dosent, müəllim;

22. Şahverdiyeva Asya - ADPU, "Ümumi kimya və kimyanın tədrisi metodikası" kafedrası, baş müəllim;

23. Süleymanova Aişə - ARETN Bioresurslar İnstitutu (Gəncə), "Yağlar və məlhəmlər" laboratoriyasının müdiri;

24. Vəliyev Xəyyam - NORM ASC Keyfiyyətə Nəzarət və Keyfiyyətə Zəmanət üzrə müdir;

25. Qasımov Zahid - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, baş məsləhətçi;

26. Kəsəmənli Xəyalə - GDU kimya fakültəsi, dosent;

27. Vəliyev Famil - ARDNŞ Neftqazelmitədqiqatlayihə İnstitutu, "Korroziyadan mühafizə" şöbəsinin rəisi;

28. Sultanov Elşən - ARDNŞ Neftqazelmitədqiqatlayihə İnstitutu, "Korroziyadan mühafizə" şöbəsi, rəis müavini;

29. Səmədov Atamalı -ARDNŞ Neftqazelmitədqiqatlayihə İnstitutu, "Parafin və duz çöküntüləri ilə mübarizə" laboratoriyasında aparıcı elmi işçi;

30. Hacıyeva Gülsüm - ARDNŞ Neftqazelmitədqiqatlayihə İnstitutu, Analitik tədqiqatlar laboratoriyası, elmi işçi.

2001-2025-ci illərdə NKPİ-də 48 nəfər elmlər doktoru və 155 nəfər fəlsəfə doktorları  hazırlanıb.

NKPİ-nin əməkdaşlarından 13 nəfəri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, 8 nəfəri Bakı Ali Neft Məktəbində, 1 nəfər BDU-da, 1 nəfər SDU-da, 1 nəfər Xəzər Universitetində, 1 nəfər Azərbaycan Dövlət Dəniz Akademiyasında, 2 nəfər Azərbaycan Memarlıq və İnşaat Universitetində, 2 nəfər Azərbaycan Dövlət Pedaqoji Universitetində, 2 nəfər Qərbi Kaspi Universitetində, 2 nəfər isə UNEC-də dərs deyirlər.

2012-2025-ci illərdə Moskva Dövlət Universitetinin təhsil alan 86 tələbə,  Bakı Ali Neft Məktəbində (2023-2025-ci illər) isə təhsil alan 15 tələbə diplom işlərini NKPİ-də institutun alimlərinin rəhbərliyi ilə işləyib hazırlamışlar.

Tətbiq olunmuş elmi işlərdən əldə olunan mənfəətdən 1997-2024-cü illərdə BDU, ADPU və MDU-ya yüksək balla qəbul olunmuş tələbələrə təqaüd verilmişdir.

Neft-Kimya Prosesləri İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə Tərtər rayonunun dörd kəndini əhatə edən müasir standartlara cavab verən kitabxana inşa edilib. Azərbaycan Milli Elmlər Akademiyasının 14 institutu və Dövlət İmtahan Mərkəzi bu təşəbbüsə dəstək olaraq yeni kitabxanaya ümumilikdə 6000-dən artıq kitab hədiyyə ediblər.

2015-2025-ci illərdə Respublikanın müxtəlif universitetlərindən 1048 tələbə institutumuzda elmi-praktiki təcrübə keçmişdir.

2015-2025-ci illərdə akademik V.M.Abbasovun 27 məktəbin müəllim və şagirdləri ilə 37 görüşü keçirilib.

İnstitutda nüfuzlu elmi məktəblər olub və bu gün də var. Son 33 ildə aşağıda göstərilən yaşlarda elmlər doktorluğu dissertasiyası müdafiə etmiş əməkdaşlarımız var: İsmayılov İsmayıl (41 yaş) - 32 yaşında, Muxtarova Gülbəniz (51 yaş) - 43 yaşında, Əfəndiyeva Lalə (51 yaş) - 43 yaşında, Rəhimov Rəvan (45 yaş) - 39 yaşında, Abdullayeva Nərminə (45 yaş) - 41 yaşında, Abdullayev Sənan  (47 yaş) - 43 yaşında, Zərbəliyeva İlhamə (52 yaş) - 44 yaşında, Ağamalıyev Zaur (46 yaş) - 44 yaşında, Abdullayev Yusif (46 yaş) - 44 yaşında, Əliyeva Aygün (52 yaş) - 45 yaşında, Əliyeva Reyhan (58 yaş) - 45 yaşında, Səmədov Atamalı (65 yaş) - 46 yaşında, Ağazadə Yeganə (53 yaş) - 48 yaşında, Əyyubov İlqar (53 yaş) - 50 yaşında, Əmiraslanova Mənzər (58 yaş) - 50 yaşında.

İnstitutumuz müstəqillik illərində dünyanın bir çox dövlətləri üçün yüksək ixtisaslı kadrlar hazırlayıb.

Xüsusi qeyd etmək istərdik ki, 1992-2013-cü illərdə beynəlxalq və dünya olimpiadalarında iştirak etməli olan məktəblilərin praktiki suallara hazırlığı məhz NKPİ-də keçib.

2000 və 2010-cu illərdə Bakıda keçirilən Beynəlxalq Mendeleyev Kimya olimpiadasının uğurla keçməsində institut əməkdaşlarının çox böyük rolu olub.

Dövlətimiz institutumuzun uğurlu fəaliyyətinə hər zaman böyük dəyər verib. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə institutun 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

Onu da qeyd etmək istərdik ki, akademik V.M.Abbasov 2009-cu ildə İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Tehran sammitində "Elm və texnologiya" mükafatına layiq görülmüşdür. Akademik V.M.Abbasov 2013- cü ildə Təbiətşünaslıq elmləri üzrə Avropa Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyası Təbiət Elmləri Akademiyası "Neft və Qaz" seksiyası üzrə xarici üzv, Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademiyasının akademiki seçilmiş və "Uluslararası Altın Yıldız Madalyası"na layiq görülmüsdür. Akademik V.M.Abbasov 2019-cu ildə  isə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Neft Kimya Şurasının üzvü (Belarusiya), 2022-ci ildə Ufa Dövlət Neft Texniki Universitetinin fəxri professoru və Kazan Milli Tədqiqat Texnoloji Universitetinin fəxri doktoru, 2024-cü ildə isə Gəncə Dövlət Universitetinin Fəxri doktoru seçilmişdir.

İnstitutun gənc alimləri ölkəmizdə və xaricdə beynəlxalq elmi konfranslarda, müsabiqələrdə uğurla iştirak ediblər:

1. 2013-cü ildə t.ü.f.d. Gülbəniz Muxtarova "Neft kimyası və neft emalı problemlərinin həllində kataliz" mövzusunda II Rusiya-Azərbaycan simpoziumunda maraqlı elmi işi və yaxşı şifahi məruzəsinə görə II dərəcəli diplomla mükafatlandırılmışdır.

2. 2016-cı ildə NKPİ-nin gənc alimi Ziyarət Paşayeva Rusiyyada keçirilən II Beynəlxalq elmi-texniki konfransda Gənc alimlərin məruzələri arasında keçirilmiş müsabiqədə 2-ci yerə layiq görülmişdir.

3. NKPİ-nin gənc alimi Ziyarət Paşayeva Belarusun Minsk şəhərində keçirilən "Alternativ xammal və yanacaq mənbələri" (AİST-2021) adlı VIII beynəlxalq elmi-texniki konfransda 1-ci dərəcəli diploma layiq görülmüşdür. (2021-ci il).

4. K.ü.f.d. Seyidova Səbinə Arif qızı 22-23 mart 2023-cü ildə Xantı-Mansiysk Muxtar vilayətinin "Altıncı Beynəlxalq Gənclərin" elmi-praktiki forumunda 1-ci yerə layiq görülüb və 150 000 rubl məbləğində pul mükafatına layiq görülüb.

5. K.ü.f.d. Nağıyeva Mehriban Vidadi qızı 22-23 mart 2023-cü ildə Xantı-Mansiysk Muxtar vilayətinin "Altıncı Beynəlxalq Gənclərin" elmi-praktiki forumunda həvəsləndirici yerə layiq görülüb (2023-cü il).

6. T.ü.f.d. Səbinə Eldarova 02-06 aprel 2024-cü ildə Xantı-Mansiysk Muxtar vilayətinin "Yeddinci Beynəlxalq Gənclərin" elmi-praktiki forumunda 1-ci yerə layiq görülüb və 150 000 rubl məbləğində pul mükafatına layiq görülüb (2024-cü il).

7. K.ü.f.d. Ülviyyə Yolçuyeva 02-06 aprel 2024-cü ildə Xantı-Mansiysk Muxtar vilayətinin "Yeddinci Beynəlxalq Gənclərin" elmi-praktiki forumunda 1-ci yerə layiq görülüb və 150 000 rubl məbləğində pul mükafatına layiq görülüb (2024-cü il).

8. K.ü.f.d. Ayaz Məmmədov 02-06 aprel 2024-cü ildə Xantı-Mansiysk Muxtar vilayətinin "Yeddinci Beynəlxalq Gənclərin" elmi-praktiki forumunda həvəsləndirici yerə layiq görülüb (2024-cü il).

9. K.ü.f.d. Ayaz Məmmədov Rusiyanın Tomsk şəhərində keçirilən EFRE-2024 qrant müsabiqəsində "İmidazole-Containing İnhibitor-Bactericides Against Corrosive Sulfate Reducing Bacteria in the oil Pipelines" adlı layihəsi qalib seçilmişdir.

Dövlətimiz institumuzun alimlərinin uğurlu elmi fəaliyyətinə böyük dəyər verib və onların bir çoxu dövlətimiz tərəfindən təltif olunub: 7 nəfər "Əməkdar elm xadimi", 3 nəfər "Azərbaycanın əməkdar müəllimi" fəxri adlarına, 4 nəfər "Əməkdar mühəndis" adına, 17 nəfər "Tərəqqi" medalına, 1 nəfər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na, 6 nəfər "Şöhrət" ordeninə, 2 nəfər "Şərəf" ordeninə layiq görülüblər. 2016, 2020 və 2023-cü illərdə institutumuzun 3 nəfər gənc alimi "Azərbaycan Respublikası Prezidentinin Gənclər üçün mükafatı" və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən mükafata layiq görülüblər. (Məmmədova Fəxriyyə Tahir qızı, Nağıyeva Mehriban Vidadi qızı və Paşayevaya Ziyarət Nağı qızı ).

NKPİ-nin elmi işçiləri Fərqanə Əlizadə və Nərmin Dadaşova 2022-2024-cü illər ərzində beynəlxalq elmi proqramlarda uğurla iştirak etmişlər. F.Əlizadə COMSTECH və Azərbaycan Elm Fondunun mobillik proqramları çərçivəsində Pakistanın aparıcı elmi mərkəzlərində təlimlər keçmiş, tədqiqatlar aparmış və beynəlxalq sertifikatlarla təltif olunmuşdur. N.Dadaşova isə Türkiyənin Orta Doğu Texnik Universitetində "Nadir Torpaq Elementləri saxlayan polioksometalatların spektoelektrokimyəvi tədqiqi" mövzusunda "Türkiye Bursları" proqramının "Araşdırma Təqaüdü"nü qazanaraq elmi fəaliyyət göstərmişdir.

Ulu öndər Heydər Əliyevin və müdrik Prezidentimiz cənab İlham Əliyevin əməkdaşlarımıza verdikləri fəxri adları və təltifləri biz avans olaraq qəbul edir, bundan sonra da daha uğurlu elmi tədqiqatlar aparacağımızı bildirirk.

Bu gün elm və təhsilin inteqrasiyası yüksələn xətt üzrə inkişaf edir. Elmi-tədqiqat institutlarımızın və universitetlərimizin beynəlxalq nüfuzu sevindirici səviyyədə artır. Elmimiz və təhsilimiz birgə inkişaf etməlidir. Universitet məzunlarının elmə gəlmək istəkləri təşviq olunmalıdır. Nüfuzlu elm adamlarının məktəblərdə və universitetlərdə məharət dərsləri keçmələri məqsədəuyğun olardı.

Ölkənin daxili bazarı mümkün qədər qorunmalı, mühüm elmi nəticələrin tətbiqi üçün əlverişli imkanlar yaradılmalıdır. Sənaye və kənd təsərrüfatının universitetlər, elmi-tədqiqat mərkəzləri ilə əlaqələri gücləndirilməlidir.

Hazırda NKPİ-də bərpa olunan enerji mənbələrindən istifadə etməklə yeni proseslərin, o cümlədən gələcəyin əsas yanacağı olacaq hidrogenin alınma proseslərinin işlənib hazırlanması üzrə geniş tədqiqatlar aparılır.

Vaqif ABBASOV

Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Baş direktoru, akademik;

Nizami MÜRSƏLOV

İcraçı direktor, t.e.d;

Ziyarət PAŞAYEVA

Elmi katib k.ü.f.d;

Lalə ƏFƏNDİYEVA

Təhsil şöbəsinin müdiri, k.e.d.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://525.az
archiveBu xəbər 01 May 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siqaret çəkənlərə xəbərdarlıq!

30 Aprel 2025 02:04see136

Hindistan hökuməti Pakistanın müdafiə nazirinin hesabını blokladı

30 Aprel 2025 15:03see125

PSJ yarımfinalın ilk oyununda Arsenal ı məğlub etdi

30 Aprel 2025 01:07see123

Onlar böyük həvəslə bu idmanla məşğul olmağa başlayıblar Elman Nəsirov

30 Aprel 2025 15:03see122

İsveçdə silahlı hücum: 3 ölü

29 Aprel 2025 22:03see122

Rəsmi Moskva: Kiyevlə müvəqqəti atəşkəsə deyil, şərt olmadan danışıqlara hazırıq

30 Aprel 2025 00:09see120

Fərid Qayıbov Göygöl Olimpiya İdman Kompleksinə baxış keçirdi FOTOLAR

30 Aprel 2025 23:40see120

Beyonsenin konsertində VIP qonaqlar arasında dava düşdü

30 Aprel 2025 15:05see116

Zaqatalada gənc qız özünü evin damında asdı

29 Aprel 2025 21:22see116

Çin Avropa Parlamentinin deputatlarına qarşı sanksiyaları ləğv edəcək

30 Aprel 2025 19:48see116

Fırıldaqçılar kart məlumatlarını necə ələ keçirirlər? AİKTSA sədrindən xəbərdarlıq

30 Aprel 2025 21:36see115

Tramp zarafat etdi: “Yeni Roma Papası özüm olardım”

30 Aprel 2025 01:14see115

SON DƏQİQƏ: Tiflisə qatar bu tarixdə AÇILACAQ

30 Aprel 2025 14:09see115

Səudiyyə Ərəbistanı Məkkəyə səfərlərlə bağlı məhdudiyyətlər tətbiq edib

29 Aprel 2025 21:38see114

Hindistanda futbol matçında qəribə hadisə: Arılar hakimlərə və azarkeşlərə HÜCUM ETDİLƏR

30 Aprel 2025 01:42see113

Səfərbərlik Xidməti: Bu qaydalar sərtləşdirildi!

30 Aprel 2025 10:51see113

Aynişan Kənandan niyə ayrılıb? MARAQLI SƏBƏB VİDEO

29 Aprel 2025 23:24see112

Ruslar Viber i 800 min rubl cərimələyiblər...

30 Aprel 2025 23:38see111

Zərərlə işləyən kredit ittifaqları: detallı araşdırmaya ehtiyac var

30 Aprel 2025 23:32see111

NYP : Maskın Ağ Evdəki iş yerində az görünür

30 Aprel 2025 11:22see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri