BMU ilə Tsinxua Universiteti arasında əməkdaşlıq istiqamətləri müəyyənləşib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 27 oktyabr, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Tsinxua Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində növbəti müzakirələr aparılıb.
BMU-dan AZƏRTAC-a bildirilib ki, müzakirələr beynəlxalq əlaqələr üzrə prorektor Ətrabə Gülün Çində keçirilən “Universitet Tərəfdaşları Sammiti Hangzhou 2025”də iştirakı çərçivəsində baş tutub.
Görüşdə iki ali təhsil müəssisəsi arasında elmi-tədqiqat, akademik mübadilə və birgə təhsil proqramları sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, bu ilin iyul ayında universitetlərin əməkdaşlığa dair ilkin müzakirələrindən sonra görülən işlər nəzərdən keçirilib.
Tərəflər qarşılıqlı əməkdaşlığın inkişafına yönəlmiş niyyətlərini bir daha ifadə edərək gələcək addımların planlaşdırılması barədə razılığa gəliblər.
Qeyd edək ki, Çinin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Tsinxua Universiteti “QS World University Rankings” və “Times Higher Education” reytinqlərində ilk 20-likdə qərarlaşır. Universitetin dünya üzrə bir çox nüfuzlu ali məktəblərlə akademik və tədqiqat əməkdaşlıqları mövcuddur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 27 Oktyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















