Icma.az
close
up
RU
BMU ilə Vyetnam universiteti əməkdaşlıq edəcək

BMU ilə Vyetnam universiteti əməkdaşlıq edəcək

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Bakı Mühəndislik Universiteti (BMU) ilə Vyetnam Respublikasının aparıcı ali təhsil ocaqlarından biri olan Duy Tan Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüş keçirilib. 

"Unikal" xəbər verir ki, görüşdə BMU-nun akademik heyəti, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları və Duy Tan Universitetinin nümayəndələri iştirak ediblər.

Tərəflər arasında təhsil və elmi fəaliyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül universitetin beynəlxalq əməkdaşlığa, xüsusilə də Asiya regionunun aparıcı ali təhsil müəssisələri ilə akademik əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini deyib. Eyni zamanda Duy Tan Universiteti ilə bu görüşün qarşılıqlı təcrübə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Müzakirələr zamanı iki universitet arasında qısamüddətli mübadilə proqramlarının həyata keçirilməsi, ikili diplom proqramlarının təşkili, elmi-tədqiqat layihələri və ortaq elmi məqalələrin hazırlanması, həmçinin beynəlxalq konfrans və  seminarların təşkili perspektivləri nəzərdən keçirilib. Bundan əlavə, laboratoriya və texnoloji resursların paylaşılması, innovasiya və startap sahəsində birgə fəaliyyət imkanları da diqqət mərkəzində olub.  

Görüşün yekununda tərəflər əməkdaşlıq üzrə yol xəritəsinin hazırlanması, növbəti mərhələdə bu istiqamətdə praktiki addımların atılması barədə razılığa gəliblər. Həm BMU, həm də Duy Tan Universitetinin nümayəndələri qarşılıqlı maraqların yüksək səviyyədə olduğunu vurğulayıb və gələcəkdə daha geniş tərkibli görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər.  


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri