Icma.az
close
up
RU
BMU məzunu Varşavada elmi araşdırmalar aparır

BMU məzunu Varşavada elmi araşdırmalar aparır

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Mühəndislik Universitetinin (BMU) fizika sahəsi üzrə məzunu, Varşava Universitetinin doktorantı Ülkər Cabbarlı süni intellektin material elmlərində tətbiqi üzrə qabaqcıl araşdırmalar aparır.

Modern.az xəbər verir ki, hazırda o, Varşava Universitetinin Nəzəri Fizika İnstitutunda Polşanın Milli Elmi ərkəzi tərəfindən maliyyələşdirilən yüksəkbüdcəli və ən nüfuzlu elmi qrant müsabiqələrindən olan “OPUS 27”də tədqiqatçı kimi çalışır. Layihə ərinti mühəndisliyi vasitəsilə yeni ikiölçülü təbəqəli kristalların elektron xüsusiyyətlərinin layihələndirilməsinə həsr olunub. Ülkər Cabbarlı sıxlıq funksional nəzəriyyəsi, süni intellekt alqoritmləri, maşın öyrənməsi mödellərindən istifadə etməklə, yeni nəsil materialların dizaynı üzərində işləyir.

O, magistratura təhsilini Varşava Universitetində “Fiziki hadisələrin kompüter modelləşdirilməsi” ixtisası üzrə yüksək nəticə ilə başa vurub və doktoranturaya qəbul imtahanlarında ilk 5-likdə yer alaraq Varşava Universitetinin Fiziki Elmlər sahəsində bu nəticəni göstərən ilk qadın və beynəlxalq tələbə olub. Bu uğura görə prestijli “Rector’s Scholarship” təqaüdünə namizəd seçilib.

Doktorantura tədqiqatları çərçivəsində Ülkər Cabbarlı Niderlandın Delft Texnologiya Universiteti və Böyük Britaniyanın London Universitet Kolleci ilə də əməkdaşlıq edir, həmin universitetlərin hesablama labaratoriyalarında ikiölçülü ərintilərin elektron xüsusiyyətlərini süni intellekt əsaslı modellərlə araşdırır.

BMU məzunu, həmçinin Polşanın Milli Nüvə Tədqiqatları Mərkəzinin  NOMATEN İnstitutunda təcrübə keçən ilk azərbaycanlı tələbə olub. Burada çoxölçülü modelləşdirmə və DFT yanaşmaları ilə materialların atom səviyyəsində davranışını tədqiq edib, hidrogendən enerji alınmasına dair iki məqaləsi dərc olunub. Onun müəllifi olduğu elmi işlər “Catalysis Today”, “Plasma Physics and Controlled Fusion”, “Applied Surface Science” və “International Journal of Hydrogen Energy” kimi nüfuzlu jurnallarda yer alıb.

Elmi fəaliyyətlə yanaşı, Ülkər Cabbarlı qadınların STEM sahəsində təşəbbüslərinin dəstəklənməsi istiqamətində fəaldır. O, “Women in STEM” qrantı və Polşa-Azərbaycan Şurası ilə “Student Ladies Union” tərəfindən təsis edilən  “Hokuma Aliyeva Scholarship” təqaüdünün qalibidir.

Diaspora fəaliyyətində də fəal olan Ülkər Cabbarlı Polşa Azərbaycanlıları Şurasının İdarə Heyətinin üzvüdür və 2025-ci ildə ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında ölkəmizi uğurla təmsil edib.

BMU məzununu nailiyyətləri münasibətilə təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri