Icma.az
close
up
RU
Varşavada yaşıl sövdələşmə əleyhinə aksiya

Varşavada yaşıl sövdələşmə əleyhinə aksiya

Polşa fermerləri, eləcə də onların Almaniya və Slovakiyadan olan həmkarları Varşavada etiraz aksiyasına başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə “TVP Info” kanalı məlumat yayıb.

Bildirilib ki, etirazçılar şəhərin mərkəzindəki AB ofisinin qarşısına toplaşıblar. Onlar əllərində Polşa bayraqları, həmçinin “Yaşıl sövdələşməyə yox”, “Yaşıl sövdələşmə ekoterrorizmə bərabərdir”, “Yaşıl sövdələşmədən uzaqlaşın” şüarları yazılmış plakatlar tutublar.

Etirazçılar AB-nin ekoloji strategiyasını tənqid etməklə yanaşı, AB-nin Cənubi Amerika Ümumi Bazarı (Mercosur) ölkələri ilə ticarət sazişinə və Ukraynadan məhsulların nəzarətsiz idxalına qarşı çıxırlar. Etirazçılar şəhərin mərkəzi küçələri ilə hərəkət etməyi planlaşdırırlar.

seeBaxış sayı:97
embedMənbə:https://axar.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri