Icma.az
close
up
RU
BMU məzunu süni intellektin material elmlərində tətbiqi üzrə araşdırmalar aparır

BMU məzunu süni intellektin material elmlərində tətbiqi üzrə araşdırmalar aparır

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universitetinin (BMU) fizika sahəsi üzrə məzunu, Varşava Universitetinin doktorantı Ülkər Cabbarlı süni intellektin material elmlərində tətbiqi üzrə qabaqcıl araşdırmalar aparır.

"Unikal" xəbər verir ki, hazırda o, Varşava Universitetinin Nəzəri Fizika İnstitutunda Polşanın Milli Elmi Mərkəzi tərəfindən maliyyələşdirilən yüksəkbüdcəli və ən nüfuzlu elmi qrant müsabiqələrindən olan “OPUS 27”də tədqiqatçı kimi çalışır. Layihə ərinti mühəndisliyi vasitəsilə yeni ikiölçülü təbəqəli kristalların elektron xüsusiyyətlərinin layihələndirilməsinə həsr olunub. Ülkər Cabbarlı sıxlıq funksional nəzəriyyəsi, süni intellekt alqoritmləri, maşın öyrənməsi mödellərindən istifadə etməklə, yeni nəsil materialların dizaynı üzərində işləyir.

O, magistratura təhsilini Varşava Universitetində “Fiziki hadisələrin kompüter modelləşdirilməsi” ixtisası üzrə yüksək nəticə ilə başa vurub və doktoranturaya qəbul imtahanlarında ilk 5-likdə yer alaraq Varşava Universitetinin Fiziki Elmlər sahəsində bu nəticəni göstərən ilk qadın və beynəlxalq tələbə olub. Bu uğura görə prestijli “Rector’s Scholarship” təqaüdünə namizəd seçilib.

Doktorantura tədqiqatları çərçivəsində Ülkər Cabbarlı Niderlandın Delft Texnologiya Universiteti və Böyük Britaniyanın London Universitet Kolleci ilə də əməkdaşlıq edir, həmin universitetlərin hesablama labaratoriyalarında ikiölçülü ərintilərin elektron xüsusiyyətlərini süni intellekt əsaslı modellərlə araşdırır. 

BMU məzunu, həmçinin Polşanın Milli Nüvə Tədqiqatları Mərkəzinin  NOMATEN İnstitutunda təcrübə keçən ilk azərbaycanlı tələbə olub. Burada çoxölçülü modelləşdirmə və DFT yanaşmaları ilə materialların atom səviyyəsində davranışını tədqiq edib, hidrogendən enerji alınmasına dair iki məqaləsi dərc olunub. Onun müəllifi olduğu elmi işlər “Catalysis Today”, “Plasma Physics and Controlled Fusion”, “Applied Surface Science” və “International Journal of Hydrogen Energy” kimi nüfuzlu jurnallarda yer alıb.

Elmi fəaliyyətlə yanaşı, Ülkər Cabbarlı qadınların STEM sahəsində təşəbbüslərinin dəstəklənməsi istiqamətində fəaldır. O, “Women in STEM” qrantı və Polşa-Azərbaycan Şurası ilə “Student Ladies Union” tərəfindən təsis edilən  “Hokuma Aliyeva Scholarship” təqaüdünün qalibidir. 

Diaspora fəaliyyətində də fəal olan Ülkər Cabbarlı Polşa Azərbaycanlıları Şurasının İdarə Heyətinin üzvüdür və 2025-ci ildə ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında ölkəmizi uğurla təmsil edib.

BMU məzununu nailiyyətləri münasibətilə təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.   


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Noyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see181

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see180

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see164

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see150

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see136

Şimali Koreya Yapon dənizinə iki ballistik raket atıb

04 Yanvar 2026 06:22see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri