Icma.az
close
up
RU
BMU məzunundan beynəlxalq akademik uğur

BMU məzunundan beynəlxalq akademik uğur

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 avqust, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) elektrik və elektronika mühəndisliyi ixtisasının məzunu Riad Əlizadə minlərlə namizəd arasından seçilərək dünyanın ən rəqabətli beynəlxalq təhsil proqramlarından biri olan “Erasmus Mundus” təqaüd proqramının TOP 25-liyinə daxil olub.

BMU-dan AZƏRTAC-a bildirilib ki, “Erasmus Mundus” proqramı çərçivəsində Riad Əlizadə ümumilikdə 51 min 600 avro məbləğində təqaüd qazanıb. Proqram ona Avropanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələrində akademik fəaliyyət göstərmək və tanınmış şirkətlərdə beynəlxalq təcrübə qazanmaq imkanı yaradacaq.

Riad Əlizadə proqram çərçivəsində Fransa, Finlandiya və Litvada yerləşən aşağıdakı nüfuzlu universitetlərdə akademik fəaliyyət imkanları əldə edib:

• Jan-Monnet Universiteti

• Şərqi Finlandiya Universiteti

• Paris-Est Kretey Universiteti

• Vilnüs Universiteti

BMU məzununun beynəlxalq akademik uğurları bununla məhdudlaşmır. O, dünyanın nüfuzlu ali təhsil müəssisələrindən bir sıra qəbul təklifləri alıb və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub.

Riad Əlizadənin ABŞ və Niderlandın digər nüfuzlu universitetlərindən aldığı qəbul və ixtisaslar bunlardır:

• Cons Hopkins Universiteti (THE reytinqində 16-cı yer) - elektrik və kompüter mühəndisliyi

• Miçiqan Universiteti- Enn Arbor (THE reytinqində 23-cü yer) - robototexnika

• Karnegi Mellon Universiteti (THE reytinqində 24-cü yer) - elektrik və kompüter mühəndisliyi

• Dyuk Universiteti (THE reytinqində 28-ci yer) - elektrik və kompüter mühəndisliyi

• Maastrixt Universiteti (THE reytinqində 131-ci yer) - təsvirləmə mühəndisliyi

Qeyd edək ki, Riad Əlizadə BMU-nun İNHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramını uğurla başa vuraraq hər iki ali məktəbin diplomunu əldə edib. Onun “Erasmus Mundus” təqaüd proqramında TOP 25-liyə daxil olması, Dövlət Proqramının qalibi olması və dünyanın aparıcı universitetlərindən qəbul alması yüksək akademik göstəricilərini, o cümlədən beynəlxalq rəqabətə davamlılığını nümayiş etdirir. Bu uğurlar, eyni zamanda, onun mühəndislik sahəsində qazandığı bilik və bacarıqların nüfuzlu beynəlxalq təhsil proqramlarında yüksək qiymətləndirildiyini göstərir.

Rail Əlizadənin əldə etdiyi nəticə BMU məzunlarının dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil imkanları qazanaraq beynəlxalq akademik mühitdə uğurla təmsil olunmasının növbəti nümunəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri