BMU nun 6 ixtisası beynəlxalq akkreditasiyadan keçib
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsindəki 6 ixtisası nüfuzlu beynəlxalq akkreditasiya qurumu olan IAAR (Independent Agency for Accreditation and Rating) tərəfindən akkreditasiyadan keçib.
Universitetdən XQ-yə verilən məlumata görə, akkreditasiya prosesi çərçivəsində “İnformasiya təhlükəsizliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Kimya mühəndisliyi”, “Mexanika mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarını özündə ehtiva edən iki klaster üzrə təhsil proqramları beynəlxalq standartlara uyğun hesab olunub. Bu, BMU tarixində bir ilkdir və akkreditasiya ali təhsil proqramları üçün beynəlxalq təcrübədə ən yüksək göstəricilərdən sayılan 5 illik müddətə verilib.
BMU-nun 2025-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planında təhsilin keyfiyyətinin yüksəldilməsi və təhsil proqramlarının beynəlxalq akkreditasiyadan keçirilməsi əsas strateji hədəflər sırasında yer alır. Beynəlxalq akkreditasiya təhsil və elmi fəaliyyətin qlobal standartlara uyğunluğunun təmin olunması, tələbə və məzunların beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılması, onların xaricdə təhsil və karyera imkanlarının genişləndirilməsi, eyni zamanda universitetin beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Akkreditasiya prosesi, həmçinin ali təhsil müəssisələrinin davamlı inkişafını təşviq edir və tədris keyfiyyətinin sistemli şəkildə yüksəldilməsinə töhfə verir.
Bu mühüm nailiyyət BMU-nun mühəndislik və texnologiya sahələrində rəqabətqabiliyyətli, beynəlxalq səviyyədə tanınan kadrların hazırlanması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətin növbəti göstəricisidir.
IAAR tərəfindən aparılan qiymətləndirmə zamanı təhsil proqramlarının məzmunu, tədrisin təşkili, professor-müəllim heyətinin peşəkarlıq səviyyəsi, maddi-texniki baza, tələbəyönümlü yanaşma və keyfiyyət təminatı mexanizmləri ətraflı şəkildə təhlil edilib.
IAAR ali təhsildə keyfiyyət təminatı sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq akkreditasiya agentliyidir. Avropa Ali Təhsil Keyfiyyətinin Təminatı Assosiasiyası (ENQA) tərəfindən tanınan və Avropa Ali Təhsil Keyfiyyət Təminatı Reyestrində (EQAR) qeydiyyatda olan agentlik müxtəlif ölkələrin ali təhsil müəssisələrinin təhsil proqramlarının akkreditasiyasını həyata keçirir və onun verdiyi qərarlar ali təhsilin şəffaflığı, hesabatlılığı, həmçinin keyfiyyətinin artırılmasına xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 05 Yanvar 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















