Icma.az
close
up
RU
ADNSU nun daha 3 ixtisası ASIIN beynəlxalq akkreditasiyasından keçib

ADNSU nun daha 3 ixtisası ASIIN beynəlxalq akkreditasiyasından keçib

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) beynəlxalq təhsil məkanında tanınma və keyfiyyət təminatı istiqamətində daha bir mühüm nailiyyət əldə edib. SİA xəbər verir ki, universitetin üç Ekologiya mühəndisliyi, Cihaz mühəndisliyi və Mexanika mühəndisliyi olmaqla 3 bakalavr ixtisası Almaniyanın nüfuzlu ASIIN (Accreditation Agency for Degree Programmes in Engineering, Informatics, Natural Sciences and Mathematics) beynəlxalq akkreditasiya təşkilatı tərəfindən 26 sentyabr 2025-ci il tarixli qərarla beynəlxalq akkreditasiyadan keçib. Bu qərar ADNSU-nun tədris prosesinin beynəlxalq standartlara uyğunluğunu, ixtisas proqramlarının keyfiyyətini və davamlı inkişaf istiqamətində atdığı addımların səmərəsini bir daha təsdiqləyir. 2015–2025-ci illər ərzində ADNSU-nun bakalavr və magistr səviyyələrində ümumilikdə 34 ixtisas beynəlxalq akkreditasiyadan keçib. Bu proqramlar Almaniyanın ASIIN və FIBAA (Foundation for International Business Administration Accreditation) təşkilatları tərəfindən qiymətləndirilib və hazırda 18 ixtisasın akkreditasiya statusu aktivdir. Bakalavr səviyyəsində ümumilikdə 12 ixtisas beynəlxalq akkreditasiyadan keçib. Onlardan beşi FIBAA, yeddisi isə ASIIN təşkilatı tərəfindən akkreditasiyadan keçib. FIBAA tərəfindən akkreditasiyadan keçmiş ixtisaslara Biznes informatikası, Sənaye mühəndisliyi, Kompüter mühəndisliyi, Menecment üzrə biznesin idarə edilməsi və Biznes iqtisadiyyatı üzrə biznesin idarə edilməsi proqramları daxildir. ASIIN tərəfindən akkreditasiyadan keçmiş ixtisaslar sırasında Mexatronika mühəndisliyi, Neft-qaz mühəndisliyi, Geologiya və geofizika mühəndisliyi, Kimya mühəndisliyi, eləcə də 2025-ci ildə akkreditasiyadan keçmiş Ekologiya mühəndisliyi, Cihaz mühəndisliyi və Mexanika mühəndisliyi ixtisasları yer alır. Magistratura pilləsində isə ADNSU-nun altı proqramı beynəlxalq akkreditasiyadan keçib. FIBAA tərəfindən Əməliyyatların idarə edilməsi (MBA), Kompüter informasiya sistemləri, İnsan resurslarının idarə edilməsi, Təşkilatların idarə edilməsi və Marketinqin idarə edilməsi proqramları, ASIIN tərəfindən isə Kimya mühəndisliyi (qeyri-üzvi maddələrin istehsal texnologiyası, neft-kimya sintezi və neft-emalı texnologiyası üzrə ixtisaslaşmalarla) beynəlxalq akkreditasiyaya layiq görülüb.

Qeyd edək ki, ADNSU-nun həm ASIIN, həm də FIBAA tərəfindən akkreditasiyadan keçmiş proqramları Avropa Ali Təhsildə Keyfiyyətin Təminatı Reyestrinin (EQAR – European Quality Assurance Register for Higher Education) məlumat bazasında da qeyd olunub. Bu, universitetin Avropa ali təhsil məkanında tanınmasını və ADNSU diplomlarının beynəlxalq səviyyədə etibarlılığını təsdiqləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri