Icma.az
close
up
RU
BMU nun 6 ixtisası beynəlxalq akkreditasiyadan keçirilir FOTOLAR

BMU nun 6 ixtisası beynəlxalq akkreditasiyadan keçirilir FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Bakı Mühəndislik Universitetində (BMU) IAAR (Independent Agency for Accreditation and Rating) beynəlxalq akkreditasiya agentliyinin ekspertlərindən ibarət komissiya heyəti ilə görüş keçirilib. 

"Unikal" xəbər verir ki, IAAR ekspertlərinin BMU-ya səfəri (6-8 oktyabr) universitetin  bakalavriat səviyyəsindəki 6 ixtisası (“İnformasiya təhlükəsizliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Kimya mühəndisliyi”, “Mexanika mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”) özündə ehtiva edən iki klaster üzrə təhsil proqramlarının beynəlxalq standartlara uyğunluğunu qiymətləndirmək məqsədi daşıyır. Ekspertlər qeyd olunan ixtisaslar üzrə proqramları IAAR-ın Xarici Təhsil Təşkilatları və Təhsil Proqramlarının Beynəlxalq Akkreditasiyası üzrə Standart və Təlimatlarına (ESG əsasında) uyğun olaraq dəyərləndirir. 

BMU-nun rektoru Yaqub Piriyev universitetin 2025-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planında təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq akkreditasiyanın aparılmasının əsas hədəflər sırasında yer aldığını bildirib. Akkreditasiyanın önəminə diqqət çəkən rektor deyib ki, bu proses təhsil və elmi fəaliyyətin qlobal standartlara uyğunluğunu təmin etmək, tələbələrin, məzunların beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq, xaricdə təhsil və karyera imkanlarını genişləndirmək, habelə universitetin beynəlxalq əməkdaşlıqlarını gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır. Akkreditasiyanın, həmçinin universitetlərin davamlı inkişafını və tədris keyfiyyətinin yüksəldilməsini təşviq etdiyi vurğulanıb.    Yaqub Piriyev son illər BMU-da təhsil proqramlarının yenilənməsi, akademik heyətin gücləndirilməsi, müasir laboratoriyaların yaradılması, beynəlxalq ikili diplom proqramlarının icrası, müəllim-tələbə mübadiləsinin gerçəkləşdirilməsi, elmi-tədqiqat, innovasiya fəaliyyətləri, keyfiyyət təminatı sahəsində görülən işləri də diqqətə çatdırıb. Habelə BMU-nun beynəlxalq reytinqlərdə irəliləməsi, QS reytinqində dünya universitetləri sırasında TOP 1000-liyə düşməsi qeyd olunub, akkreditasiya prosesinin uğurla nəticələnəcəyi təqdirdə bunun ali məktəbin daha ciddi uğurlar qazanmasında önəmli rol oynayacağına əminlik ifadə edilib.  

Komissiya heyətinə akkreditasiyadakı əməklərinə görə təşəkkürlərini çatdıran Yaqub Piriyev prosesin tamamlanması üçün ekspertlərin bundan sonra da bütün zəruri məlumatlarla təmin ediləcəyini deyib.

Çıxış edən komissiya  heyətinin üzvləri BMU-da olduqları müddətdə onlara yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib və son iki gün ərzində keçirdikləri görüşlər, onlara təqdim olunan informasiyalar haqda ilkin təəssüratlarını bölüşüblər. BMU-da müasir laboratoriyaların, Texnoparkın  mövcudluğu, sənaye müəssisələri ilə əlaqələrin səmərəli təşkili, o cümlədən rəqəmsallaşdırılma işləri, mövcud elektron sistemlər, elmi-tədqiqat imkanları və tələbəyönümlü idarəetmə modeli yüksək qiymətləndirilib. 

Görüşdə komissiya heyətinin sualları cavablandırılıb, akkreditasiya prosesinin ilkin mərhələsinin uğurla başa çatdırılması istiqamətində fikir mübadiləsi aparılıb. 

Sonda nümayəndə heyətinə BMU-nun xatirə hədiyyələri tədqim edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri