BMU nun əcnəbi tələbəsi təltif olundu GÖRÜNTÜ
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Mühəndislik Universitetinin (BMU) “İdarəetmədə informasiya sistemləri” ixtisası üzrə təhsil alan Somali vətəndaşı Shafi'i Mohamud Nageye yüksək akademik göstəricilərinə görə sertifikatla təltif olunub.
Modern.az xəbər verir ki, sertifikat Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfrans çərçivəsində təqdim edilib. Tədbirdə ölkəmizdə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə təhsil alan və akademik göstəriciləri ilə fərqlənən xarici tələbələrə sertifikatlar verilib.
BMU tələbəsinə sertifikatı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov təqdim edib.
Konfransda çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq inkişaf əməkdaşlığı sahəsində əldə etdiyi nailiyyətlərdən, AIDA-nın 15 illik fəaliyyətindən və ölkəmizin beynəlxalq humanitar yardım və inkişaf əməkdaşlığına verdiyi töhfələrdən danışıb.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren və digər şəxslər çıxış ediblər.
Tədbirdə AIDA-nın ötən 15 il ərzində beynəlxalq humanitar yardım və inkişaf əməkdaşlığı sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verilib. Həmçinin AIDA ilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Anlaşma Memorandumu imzalanıb və panel müzakirələri keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 16 Sentyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















