Icma.az
close
up
RU
BMU nun rektoru əcnəbi tələbələrlə görüşdü Fotolar

BMU nun rektoru əcnəbi tələbələrlə görüşdü Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-cı tədris ili üzrə universitetə yeni qəbul olunan əcnəbi tələbələrlə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə çıxış edən universitetin rektoru Yaqub Piriyev bildirib ki, BMU-nun Strateji İnkişaf Proqramında beynəlmiləlləşmə əsas prioritetlərdəndir və son illər bu istiqamətdə məqsədyönlü addımlar atılıb. Xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq genişləndirilib, ikili diplom və mübadilə proqramlarının sayı artırılıb, beynəlxalq layihələrdə iştirak gücləndirilib, eyni zamanda xarici tələbələrin cəlb olunması üçün institusional mexanizmlər formalaşdırılıb.

Rektor qeyd edib ki, hazırda universitetdə 40 ölkədən əcnəbi tələbə təhsil alır və son illər onların sayı ilə yanaşı, coğrafiyası da iki dəfə artıb. Həmçinin bu dinamika universitetin beynəlxalq təhsil məkanında mövqeyinin möhkəmləndiyini göstərir. Vurğulanıb ki, əcnəbi tələbələr üçün adaptasiya proqramları, akademik məsləhət xidməti, ingilisdilli ixtisasların genişləndirilməsi, beynəlxalq akkreditasiyaların əldə olunması, habelə müasir kampus infrastrukturunun inkişafı da beynəlmiləlləşmə siyasətinin əsas tərkib hissələrindəndir və məqsəd yalnız tələbə sayını artırmaq deyil, həm də multikultural akademik mühit formalaşdırmaqdır. 

Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində seçilmiş 34 əcnəbi tələbənin cari tədris ilindən etibarən BMU-da təhsil almağa başladığını önə çəkən Yaqub Piriyev bu təşəbbüsün  Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə təşviqinə töhfə verdiyini bildirib. Rektor BMU-nun müasir yataqxana komplekslərində əcnəbi tələbələr üçün təhlükəsiz və komfortlu yaşayış şəraitinin yaradıldığını, tələbələrin adaptasiyasını asanlaşdırmaq məqsədilə inzibati və sosial dəstək mexanizmlərinin icra olunduğunu da diqqətə çatdırıb. 

Əcnəbi tələbələr isə çıxışlarında təhsil üçün yaradılan şəraitə, səmimi atmosferdə keçən görüşə görə təşəkkür edib, universitetin beynəlxalq əlaqələr üzrə strukturlarının daim onlarla maraqlandığını, eləcə də qaldırdıqları məsələlərin həll olunduğuni bildiriblər. Eyni zamanda bir sıra təkliflərlə çıxış ediblər.

Sonda Yaqub Piriyev görüşdə irəli sürülən təkliflər, eləcə də əcnəbi tələbələrlə bağlı tələbəyönümlü layihələrin gücləndirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib və iştirakçılara təhsildə, həmçinin şəxsi inkişaf yolunda uğurlar arzulayıb.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Mart 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri