Icma.az
close
up
RU
BDU nun əcnəbi tələbəsi: Azərbaycan mənim ikinci Vətənimdir

BDU nun əcnəbi tələbəsi: Azərbaycan mənim ikinci Vətənimdir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 12 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs tələbəsi, Mərkəzi Afrika Respublikasından olan Jean-Lucien Pouf Kanyangrebay Azərbaycanı artıq özünün ikinci Vətəni hesab edir. O, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” ilə BDU-da “İnformasiya texnologiyaları” ixtisası üzrə bakalavr təhsili alır.

AZƏRTAC universitetə istinadla xəbər verir ki, Jean-Lucien Azərbaycana gəlməzdən əvvəl Misirin Qahirə şəhərində təhsil alıb. Burada təhsil aldığı müddətdə Azərbaycanda oxuyan bir tələbə ilə tanış olması onun həyatında dönüş nöqtəsi olub. Dostunun məsləhəti ilə o, BDU və “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” barədə məlumat əldə edib və Azərbaycanın Misirdəki səfirliyinə müraciət edərək sənədlərini təqdim edib. Onun sözlərinə görə, Azərbaycanda təhsilin üstünlüklərindən biri əlavə dil hazırlığına ehtiyac qalmadan dərslərə qoşula bilməkdir.

BDU-nu seçməsinin əsas səbəblərindən biri fakültənin çevik proqramı və çoxdilli təhsil imkanları olub. O, həm Azərbaycan, həm rus, həm də ingilis dillərində təhsil almaq şansını yüksək qiymətləndirir. Eyni zamanda, Bakı şəhərini xarici tələbələr üçün çox əlverişli və rahat hesab edir. “Burada özümü ölkəmdəki kimi hiss edirəm”, – deyə bildirir.

Gənc tələbə fakültəsində aldığı bilik və bacarıqları xüsusi vurğulayır. Onun sözlərinə görə, güclü riyazi hazırlıq müasir kompüter elmləri ilə birləşdirilir, nəzəri biliklər praktikada tətbiq olunur. Bu isə tələbələrə süni intellekt, kibertəhlükəsizlik və məlumat elmi kimi sahələrdə ixtisaslaşmaq imkanı yaradır. Jean-Lucien birinci kursdan etibarən proqramlaşdırmada möhkəm baza əldə etdiyini, müəllimlərinin dəstəyi ilə kibertəhlükəsizlik sahəsində praktiki təcrübə qazandığını bildirir.

BDU-nun “Tələbə evi”ndə yaşayan tələbə yataqxana həyatından da razıdır: “Bura təhlükəsiz və səliqəlidir. İşçilər bizimlə ailə üzvü kimi maraqlanır, gündəlik vəziyyətimizi izləyirlər. Bu da həm tələbələr, həm də valideynlər üçün böyük rahatlıqdır”.

Azərbaycan mədəniyyəti və mətbəxi də onun qəlbini fəth edib. Ölkəni “çox təmiz və təhlükəsiz” adlandıran Jean-Lucien, insanların mehribanlığından və qonaqpərvərliyindən razılıqla danışır. Onun sevimli Azərbaycan yeməyi isə “üç bacı” dolmasıdır.

Jean-Lucien gələcək planlarından da söz açır. O, artıq öz ölkəsində Rəqəmsal və Kibertəhlükəsizlik üzrə Mərkəzi Afrika Akademiyasını yaradıb. Gənc alim kriptoqrafiya üzrə mütəxəssis olmaq və bu bilikləri ilə vətəninə fayda vermək niyyətindədir. Bununla yanaşı, Azərbaycanda fəaliyyətini davam etdirmək imkanını da nəzərdən keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri