Icma.az
close
up
RU
BMU nun təcrübəsi “Strategic Intelligence” platformasında təqdim olunub

BMU nun təcrübəsi “Strategic Intelligence” platformasında təqdim olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 3 oktyabr, AZƏRTAC

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən yerli ali təhsil müəssisələri üçün Dünya İqtisadi Forumunun (DİF) “Strategic Intelligence” (strateji intellekt) platformasına dair infosessiya keçirilib. Tədbirdə Bakı Mühəndislik Universiteti (BMU) ilə yanaşı, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, infosessiya zamanı platformanın təqdimatı olub və məzmun təchizatçısı kimi iştirak imkanları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, 4SİM-in dəstəyi ilə 2025-ci ildə BMU ilə bərabər, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, eləcə də İqtisadi və Sosial İnkişaf Mərkəzi “Strategic Intelligence” platformasında məzmun təchizatçısı statusu qazanıb.

BMU “Strategic Intelligence” platformasında məzmun təminatçısı statusunu əldə edən ilk Azərbaycan universitetidir. Bu uğurlu təcrübə infosessiyada iştirakçılarla bölüşülüb və ali məktəbin qlobal bilik mübadiləsində artan rolu xüsusi qeyd olunub.

“Strategic Intelligence” platformasının hazırda qeydiyyatdan keçmiş 1 milyondan çox istifadəçisi var. Burada Harvard, Yel, Oksford universitetləri və KAİST də daxil olmaqla, 400-dən çox məzmun yaradan akademik tərəfdaş fəaliyyət göstərir. Süni intellekt əsasında işləyən platformada iqtisadi və sosial inkişaf istiqamətləri, yeni texnologiyalara dair məlumatlar təqdim edilir. Platforma ali təhsil ocaqları üçün elmi yenilikləri izləmək, tədqiqatlarla tanış olmaq və yeni əməkdaşlıq imkanları yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see297

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see273

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see268

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see262

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see255

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see246

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see239

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see230

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see230

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see226

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see220

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see220

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see206

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see205

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see198

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see191

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see185

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see181

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri