Icma.az
close
up
RU
BMU Texnoparkı bu təşkilatın inkişaf proqramına qəbul olundu

BMU Texnoparkı bu təşkilatın inkişaf proqramına qəbul olundu

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Mühəndislik Universitetinin (BMU) Texnoparkı Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) tərəfindən təşkil edilən “Texnoparklarda Əqli Mülkiyyətin İdarəedilməsi” mövzusunda beynəlxalq inkişaf proqramına qəbul olunub.

“Qafqazinfo” xəbər verir ki, proqrama dünyanın 15 ölkəsindən 39 texnopark qoşulub və Azərbaycanı bu nüfuzlu təşəbbüsdə BMU Texnoparkı təmsil edir.

BMU Texnoparkının bu təşəbbüsə qoşulması son illər universitetin elm, innovasiya və sahibkarlıq sahəsində həyata keçirdiyi strategiyanın əhəmiyyətli nəticəsidir. Nüfuzlu təşkilatın inkişaf proqramında yer almaq böyük nailiyyət olmaqla yanaşı, BMU Texnoparkının beynəlxalq əməkdaşlıqlarının genişlənməsinə, o cümlədən tələbə və tədqiqatçıların innovativ layihələrinin xarici bazarlara çıxış imkanlarının artmasına, bütövlükdə innovasiya ekosisteminin möhkəmlənməsinə xidmət edəcək.

İlk iclasda BMU Texnoparkının direktoru Vüsal Süleymanlı universitetin innovasiya ekosistemi, həyata keçirilən layihələr və Texnoparkın innovativ təşəbbüslərin inkişafındakı rolu barədə iştirakçılara geniş məlumat verib. O, həmçinin vurğulayıb ki, adıçəkilən beynəlxalq inkişaf proqramına qoşulmaq Texnopark üçün əqli mülkiyyətin idarəolunmasında qabaqcıl təcrübələrin öyrənilməsi, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və yeni layihələrin reallaşdırılması baxımından mühüm imkanlar açır.

Proqram çərçivəsində BMU Texnoparkının fəaliyyətinin ISO 56002 İnnovasiya İdarəetmə Sistemi standartlarına uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri