Icma.az
close
up
RU
BMU da təhsil alan əlcəzairli tələbə: Bu fürsəti qaçırmaq istəmədim

BMU da təhsil alan əlcəzairli tələbə: Bu fürsəti qaçırmaq istəmədim

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 iyun, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan yüzlərlə tələbə arasında fərqli ölkələrdən gələn gənclər də az deyil. Onlardan biri də Əlcəzair Xalq Demokratik Respublikasından olan Safi Omayma Habibdir.

AZƏRTAC xəbər verir ki, Omayma hazırda BMU-da fiziki-kimya ixtisası üzrə magistratura təhsili alır. O, öz seçimində qəti və məqsədyönlüdür. Omaymanın təhsil yolu maraqlı ailə fonu, cəsarətli qərarı və yeni mədəniyyətlərlə tanış olmaq istəyinin nəticəsidir.

Atası Əlcəzairin tanınmış Naama Universitetinin rektorudur. Ailəsi övladının fərqli coğrafiyada, tamam başqa bir təhsil sistemində yolunu davam etdirmək istəyini dəstəkləyir. Safi Omaymanın Azərbaycana olan marağı təkcə ali təhsillə bağlı deyil. O deyir ki, bu marağın kökündə Azərbaycanın tolerant mühiti, Şərqlə Qərbin qovuşduğu mədəniyyətlərarası dəyərləri və dinamik inkişafı dayanır: “Valideynlərim qərarımı tərəddüdsüz dəstəklədilər. Azərbaycanın müxtəlif mədəniyyətlərə hörmətlə yanaşması, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, eləcə də elm və təhsilə verdiyi önəm bu seçimi mənim üçün daha da məntiqli etdi”.

Omayman Əlcəzairdəki nüfuzlu universitetdə təhsil almaq imkanı olmasına baxmayaraq Azərbaycanda təhsil almaq istəyini belə ifadə edir: “Atamın rəhbərlik etdiyi universitet nüfuzlu olsa da, mən fərqli təhsil sistemi və mədəniyyətlə tanış olmaq istəyirdim. Xaricdə təhsil insanın dünyagörüşünü genişləndirir, müstəqil qərarlar verməyi öyrədir və yeni perspektivlər açır. Bu fürsəti qaçırmaq istəmədim”.

Omayma deyir ki, BMU-nun müasir infrastrukturu, beynəlxalq tərəfdaşlıqları, tələbələrin elmi-tədqiqatla məşğul olmaq imkanları onun gələcək planlarına uyğun gəlir. Gənc tələbə universitetdə yaradılan multikultural mühütdən razılıqla danışır. Müəllimlərin səmimiyyəti, tələbələr arasında mehriban münasibət onun uyğunlaşma prosesini asanlaşdırıb. Deyir ki, dil fərqləri zaman-zaman çətinlik yaradır, lakin həm yerli, həm də xarici tələbələrin bir-birinə dəstəyi bu çətinliyi aradan qaldırır.

BMU-ya qəbul olmamışdan əvvəl Azərbaycana səfər etmiş Omayma ölkəmizlə tanışlığını belə xatırlayır: “Bakının gözəlliyi, Alov qüllələri, Xəzər sahilindəki mənzərə və ən əsası insanların qonaqpərvərliyi məni valeh etdi. Şuşaya da səfər etdim. Azərbaycan əsgərlərinin qəhrəmanlığını eşidərək o torpaqları gəzdim. Şuşanın təbiəti və havası yaddaşımda dərin iz buraxdı”.

Azərbaycan dilinə də maraq göstərən Safi gündəlik istifadə etdiyi sadə ifadələri artıq öyrənib: “Salam”, “Çox sağ ol”, “Necəsən?” kimi bir neçə ifadə öyrənmişəm. Yeni sözlər bilmək ehtiyacı da yaranır ki, onları öyrənmək və yadda saxlamağa çalışıram. Musiqiyə gəlincə, muğam və müasir Azərbaycan pop musiqisini xoşlayıram. Yemək cəhətdən heç bir əziyyət çəkmirəm. Yeməkləriniz əladır, plov, dolma və qutab ən çox sevdiklərimdir”.

Omaymanın təhsilini BMU-da başa vurduqdan sonra planları böyükdür. Magistratura mərhələsindən sonra doktorantura təhsilini də elə burada davam etdirmək niyyətindədir: “BMU mənə həm akademik biliklər, həm də mədəniyyətlərarası uyğunlaşma bacarığı verdi. Gələcəkdə bu təcrübəni elm sahəsində daha da inkişaf etdirmək istəyirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri