Icma.az
close
up
RU
BMUnun rektoru əcnəbi tələbələrlə görüşdü Fotolar

BMUnun rektoru əcnəbi tələbələrlə görüşdü Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev 2024-2025-ci tədris ilində universitetə qəbul olan əcnəbi tələbələrlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, əcnəbi tələbələri BMU-da görməkdən məmnun olduğunu vurğulayan rektor xarici ölkə vətəndaşlarının təhsili, asudə vaxtlarının təşkili, habelə onların yataqxana ilə təminatı üçün yaradılmış şəraitdən danışıb.

Yaqub Piriyev builki qəbulda ilk dəfə əcnəbi tələbə sayının 4 dəfə artmasını universitetin inkişafı, beynəlxalq əlaqələrinin gücləndirilməsi ilə izah edib. Xarici tələbələr arasında mühəndislik ixtisaslarını daha çox qızların seçməsini təqdirəlayiq hal kimi qiymətləndirən ali təhsil ocağının rəhbəri onların bu sahədə yaxşı mütəxəssis olacaqlarına inandığını bildirib.

Müvafiq statistik göstəricilərə toxunulan görüşdə nəzərə çatdırılıb ki, bu il BMU-ya 81 xarici tələbə qəbul olub. Ümumilikdə 21 ölkədən olan tələbələr əsasən kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, elektrik və elektronika mühəndisliyi, o cümlədən maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, biotexnologiya və digər ixtisaslarda təhsil almağa üstünlük veriblər.

Səmimi atmosferdə davam edən görüşdə Yaqub Piriyev əcnəbi tələbələrin təhsilləri, imtahanlara hazırlıqları,  universitetin ictimai həyatında iştirakları, eləcə də Azərbaycanla bağlı təəssüratları ilə yaxından maraqlanıb, onların tədris prosesi ilə əlaqədar fikirlərini və təkliflərini dinləyib.  Tələbələrin qaldırdıqları bır sıra məsələlər yerindəcə araşdırılıb, onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib, araşdırma tələb edən təkliflər isə qeydə alınıb. Eyni zamanda rektor aidiyyəti strukturların rəhbərlərinə əcnəbi tələbələrə daha həssas yanaşmağı, onların istənilən problemlərinin həllinə kömək etməyi tapşırıb.

Görüşdə iştirak edən tələbələr BMU-da təhsilin səviyyəsindən, ümumilikdə yataqxanada onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını deyib,  səmimi görüş üçün rektora təşəkkürlərini bildiriblər.







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri