Icma.az
close
up
RU
BMUnun rektoru əcnəbi tələbələrlə görüşüb

BMUnun rektoru əcnəbi tələbələrlə görüşüb

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev 2024-2025-ci tədris ilində bu ali məktəbə qəbul olan əcnəbi tələbələrlə görüşüb.

BMU-dan bildirilib ki, görüşdə rektor xarici ölkə vətəndaşlarının təhsili, asudə vaxtlarının təşkili, habelə onların yataqxana ilə təminatı üçün yaradılmış şəraitdən danışıb. Yaqub Piriyev builki qəbulda ilk dəfə əcnəbi tələbə sayının 4 dəfə artmasını universitetin inkişafı, beynəlxalq əlaqələrinin gücləndirilməsi ilə izah edib. Xarici tələbələr arasında mühəndislik ixtisaslarını daha çox qızların seçməsini təqdirəlayiq hal kimi qiymətləndirən ali təhsil ocağının rəhbəri onların bu sahədə yaxşı mütəxəssis olacaqlarına inandığını bildirib.

Diqqətə çatdırılıb ki, bu il BMU-ya 81 xarici tələbə qəbul olub. Ümumilikdə 21 ölkədən olan tələbələr əsasən kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, elektrik və elektronika mühəndisliyi, o cümlədən maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, biotexnologiya və digər ixtisaslarda təhsil almağa üstünlük veriblər.

Yaqub Piriyev əcnəbi tələbələrin təhsilləri, imtahanlara hazırlıqları, universitetin ictimai həyatında iştirakları, eləcə də Azərbaycanla bağlı təəssüratları ilə yaxından maraqlanıb, onların tədris prosesi ilə əlaqədar fikirlərini və təkliflərini dinləyib. Tələbələrin qaldırdıqları bır sıra məsələlər yerindəcə araşdırılıb, onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib, araşdırma tələb edən təkliflər isə qeydə alınıb. Eyni zamanda, rektor aidiyyəti strukturların rəhbərlərinə əcnəbi tələbələrə daha həssas yanaşmağı, onların istənilən problemlərinin həllinə kömək etməyi tapşırıb.

Görüşdə iştirak edən tələbələr BMU-da təhsilin səviyyəsindən, ümumilikdə yataqxanada onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri