BNA nın keçmiş mətbuat katibi də dilə gəldi: 1 saat 40 dəqiqədir hərəkətsiz qalmışıq
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin keçmiş rəhbəri Mayis Ağayev paytaxt yollarındakı acınacaqlı vəziyyətdən və uzun çəkən tıxaclardan narazılığını bildirib.
Redaktor.az xbər verir ki, M.Ağayev feysbuk paylaşımda yolların bağlanması ilə sıxlığın yaranması arasındakı məntiqə diqqət çəkərək aidiyyəti qurumları irad hədəfinə alıb:
"Tıxacın qarşısını almaq üçün yol bağlanır, yoxsa yolun bağlanması tıxac yaradır? 1 saat 40 dəqiqədir Mikayıl Əliyev dairəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkətsiz dayanmışıq.
Maraqlıdır ki, vaxtilə nəqliyyat məsələləri və yollardakı problemlərlə bağlı ictimaiyyətin çoxsaylı suallarını cavabsız qoyan və ya rəsmi açıqlamalarla kifayətlənən keçmiş mətbuat xidmətinin rəhbəri bu dəfə özü sıxlığın qurbanına çevrilərək narazılığını dilə gətirib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 22 Sentyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















