Icma.az
close
up
RU
Bobur Bekmurodov: Azərbaycan Prezidentinin təşəbbüsləri digər ölkələr üçün nümunə olmalıdır

Bobur Bekmurodov: Azərbaycan Prezidentinin təşəbbüsləri digər ölkələr üçün nümunə olmalıdır

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"QHT-lərin dünyadakı rolu yalnız sosial layihələrdə deyil, həm də sağlam dialoqun təşviqində və sülhü təmin etməkdə mühüm əhəmiyyətə malikdir".

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Özbəkistan parlament komitəsinin, "Yüksəliş" hərəkatının sədri Bobur Bekmurodov aprelin 28-də Bakıda keçirilən "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" adlı Forumda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, Özbəkistanda da bu sahədə böyük layihələr həyata keçirilir və QHT-lərin sayı son illərdə iki dəfə artıb. Bu, vətəndaş cəmiyyətinin inkişafına və ictimai fəallığın güclənməsinə dəlalət edir. Demokratik inkişafı hədəfləmək və bu istiqamətdə ardıcıl addımlar atmaq isə xüsusi əhəmiyyət daşıyır.

"Təəssüf ki, bu gün dünya demokratik dəyərlərdən və prinsiplərdən getdikcə uzaqlaşır. Lakin QHT-lərin mövcudluğu bu mənfi tendensiyaya qarşı böyük müqavimət və alternativ təklif edir", - deyə Bobur Bekmurodov vurğulayıb.

Onun sözlərinə görə, "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" adlı Forumun məhz Bakıda keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin dayanıqlı inkişafa verdiyi dəstəyin sübutudur:

"Azərbaycan Prezidentinin bu sahədə nümayiş etdirdiyi liderlik və irəli sürdüyü təşəbbüslər digər ölkələr üçün də nümunə olmalıdır".

Forum iştirakçısı əlavə edib ki, QHT-lərin səsləri yalnız lokal müstəvidə deyil, dövlətlər səviyyəsində də aydın və qətiyyətli şəkildə eşidilməlidir:

"Çünki məhz QHT-lər cəmiyyətlərin problemlərini birbaşa ifadə edən, inkişaf və ədalət naminə çalışan ən təsirli qüvvələrdən biridir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Aprel 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see179

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see124

Almaniya hərbi büdcəsini iki dəfə artırır

29 İyul 2025 08:02see123

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see121

Nəhayət, gözləntilər sona çatır: Şrek franşizası yeni filmlə qayıdır

29 İyul 2025 06:48see120

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see120

Xıdırlıya qayıdan sakin: Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar

29 İyul 2025 06:56see119

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see119

Milan ın hücumçusu rəsmən Cenoa da

28 İyul 2025 23:33see119

Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq

28 İyul 2025 17:54see118

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see118

Qvardioladan Barselona açıqlaması

28 İyul 2025 14:47see117

Orxan Sübhan: Qarabağ Boltsuz da, Yankoviçsiz də Şelburn u məğlub etmək gücündədir

29 İyul 2025 14:36see115

Rusiya qazı üçün nəzərdə tutulmuşdu, ilk dəfə Azərbaycan istifadə etdi

28 İyul 2025 15:43see114

Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı

29 İyul 2025 06:16see113

İranı yenidən vuracağıq Tramp

28 İyul 2025 17:50see112

Tom Kruzun yeni sevgilisi tənqidə tuş gəlib

29 İyul 2025 08:29see112

Azərbaycanın Avropa İttifaqı bazarında mövqeyi möhkəmlənir

29 İyul 2025 09:10see111

İnfarkt və insult ölüm hökmü deyil. Riskləri necə azaltmaq olar?

29 İyul 2025 19:55see111

İordaniya və Səudiyyə Ərəbistanından Fələstin dövlətini tanıma çağırışı

29 İyul 2025 07:51see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri