Icma.az
close
up
RU
Boğaz ağrısı ilə başlayır, qripə keçir, sonra isə... Həkim yayılan xəstəlikdən DANIŞDI

Boğaz ağrısı ilə başlayır, qripə keçir, sonra isə... Həkim yayılan xəstəlikdən DANIŞDI

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yəqin ki, bu günlərdə hər kəsin ətrafında yüksək hərarət, öskürək, boğaz ağrısı, ürəkbulanma kimi əlamətlərlə xəstələnən biri var. Xüsusilə günlərlə düşməyən, bəzən 39-40 dərəcəyə qədər yüksələn qızdırma insanlarda ciddi narahatlıq doğurur.

Bəs bu xəstəlik nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, hazırda cəmiyyətdə soyuqdəymə hallarının sürətlə artdığı müşahidə olunur. Onun sözlərinə görə,  xəstələr arasında 39-40 dərəcəyə qədər yüksələn hərarət, boğaz ağrısı, qrip simptomları və ümumi halsızlıq kimi əlamətlər geniş yayılıb:

“Lakin bu halların hər hansı bir pandemiya, konkret virus və ya bakterial infeksiya ilə əlaqəli olduğunu göstərən statistik sübut hələlik mövcud deyil. Buna baxmayaraq, son dövrlərdə havaların qeyri-sabit keçməsi və buna uyğun geyim tərzinin düzgün seçilməməsi insanlarda xəstələnmə hallarının artmasına səbəb olur”.

Günay Lətifova: Vaxtında müraciət olunmayanda sadə bir narahatlıq daha ciddi xəstəliklərə yol aça bilər

G.Lətifova qeyd edib ki, adətən bu hallar boğaz ağrısı ilə başlayır, sonra qripə keçir və vəziyyət getdikcə ağırlaşır.

Terapevt insanların əksəriyyətinin bu simptomlarla qarşılaşdıqda evdə özlərini müalicə etməyə çalışdıdığını ttəssüflə bildirib. Əlavə edib ki, bu, bəzən xoşagəlməz nəticələrə, xüsusilə də dərman zəhərlənmələrinə səbəb olur.

Həmsöhbətimiz izah edib ki, insanlar həkim məsləhəti olmadan dərman qəbul edir, sistemlər qoşur və ya başqasına kömək edən vasitəni özləri üçün də uyğun hesab edirlər:

“Nənə-babalarımızın dövründə insanlar bitkilərlə, təbii üsullarla sağalmağa çalışırdılarsa, bu gün əksəriyyət dərmanlara üz tutur. Halbuki, məsələn, virus mənşəli xəstəliklərdə antibiotiklər təsirli deyil, çünki antibiotiklər yalnız bakteriyalara qarşı effektivdir. Bu cür səhv yanaşmalar orqanizmdə əks təsirlərə, bəzən isə ağır allergik reaksiyalara və şok vəziyyətlərinə səbəb ola bilir”.

Müsahibimizin dediyinə görə hazırda belə hallar artıb və insanlar “müayinə olmadan müalicə” yolunu seçir. Bu isə həkim tövsiyəsi olmadan qəbul edilən dərmanların fəsadlarını artırır.

G.Lətifova vurğulayıb ki, hava şəraitinin dəyişkənliyi nəzərə alınaraq geyim tərzinə xüsusi diqqət yetirilməli, bədənin dincəlməyinə şərait yaradılmalı, çoxlu maye və meyvə qəbul edilməlidir.

“Hər hansı bir narahatlıq hiss etdikdə, mütləq ailə həkimi və ya terapevtlə əlaqə saxlanmalı, onlardan məsləhət alınmalıdır. Həkim göstərişi olmadan heç bir dərman, sistem və ya hətta adi tabletka belə qəbul edilməməlidir.

Unutmayaq ki, düzgün və vaxtında müraciət olunmayan hallarda sadə bir narahatlıq daha ciddi xəstəliklərə yol aça bilər”,- deyə Günay Lətifova qeyd edib.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri