Icma.az
close
up
RU
Pandemiyadan sonra insanlarda yaranan xəstəliklər Həkim DANIŞDI

Pandemiyadan sonra insanlarda yaranan xəstəliklər Həkim DANIŞDI

Icma.az, Modern.az saytına istinadən bildirir.

COVİD-19 pandemiyasından sonra bir çox adamlarda yaddaşsızlıq, təngnəfəslik, halsızlıq kimi simptomlar artıb. Virusun və ona qarşı vurulan peyvəndlərin təsiri nəticəsində insanlar adını qoya bilmədikləri problemlərlə qarşılaşıblar. Anidən yaranan ağrılar, qəfil gələn yorğunluq hissi bunlara nümunə ola bilər.

Həkim-infeksionist Mərdan Əliyev bununla bağlı öz fikirlərini Modern.az saytına açıqlayıb.

O bildirib ki, pandemiyadan sonra insanların səhhətində baş verən dəyişiklər hələ tibbə də naməlumdur.
“Virusdan sonra yaranan xəstəliklərlə bağlı araşdırma lazımdır. Pandemiya vaxtı insanların uzun müddət evdə qalması, oturaq həyat tərzi keçirməsi, maskadan istifadə etməsi D vitamininin azalmasına, immun sisteminin zəifləməsinə gətirib çıxardı. Virusdan sonra ani sərbəstlik kütləvi toplaşmaq yeni virusların çoxalmasına səbəb oldu”.

Ekspert qeyd edib ki, əvvəlki həyata qayıdışın nəticələri ürəkaçan olmadı:
“Nəticədə qripin bəzi növləri, digər kəskin resperator xəstəliklərin baş qaldırması halları yarandı. Lakin vurulan vaksinlər də xroniki xəstəliklərin güclənməsinə şərait yaratdı. Virusun insanda yaratdığı ağır simptomlar sırasına iybilmə və dadbilmənin uzun müddət itməsi də daxildir. Elə xəstələr olub ki, bir il müddətində bundan əziyyət çəkib. Öskürək, sümük-əzələ ağrıları, soyuğa çıxarkən dərhal üşümək, mədə-bağırsaq sisteminin pozulması, ağciyər və tənəffüsdəki çətinliklər və psixoloji sarsıntılar buna misaldır”.

Müsahibimiz söyləyib ki, bütün xəstəlikləri virusun üzərinə yıxmaq da düzgün deyil:
“Bu deyilənlərin hər birinin araşdırmaya ehtiyacı var. Həmçinin qapalı yaşayış, qadağalar insanların sinir sisteminə mənfi təsir etdi. Əsəb, gərginlik, özünüidarə edə bilməmək bunlara nümunə ola bilər. Koronavirus vətəndaşlara daha çox psixoloji zərbələr vurub. Hətta boğulma hissinin anidən gəlməsi də buna aiddir. Panikataklar, ani qəzəblənmələr, gecə yata bilməmək ən çox yaşanan problemlər sırasındadır.

Pandemiya vaxtı nə qədər insanın ölümü də gözlənilməz oldu. Onlar virusa yoluxaraq, daha gərgin mühitə düşdülər. Nəticədə həm bioloji, həm də psixoloji xəstəliyə uduzdular”.
Zərif Sofiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Aprel 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri