Icma.az
close
up
RU
Qadınlara bir cür, kişilərə ayrı dərd olub Həkim qorxulu xəstəlikdən DANIŞDI

Qadınlara bir cür, kişilərə ayrı dərd olub Həkim qorxulu xəstəlikdən DANIŞDI

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hormonal Pozuntu – bu problem getdikcə ciddi təhlükəyə çevrilib. Hazırda dünyanı öz cənginə alan bu dərd əvvəllər tək-tük insanlarda, daha çox isə yaşlılarda görünürdü. Hormon pozğunluğu ən birinci şəkərli diabetə səbəb olurdu. Təəssüf ki, indi orta yaşlı insanlar və hətta uşaqlarda da bu xəstəlik baş alıb gedib. Son illərdə həm kişilər, həm də qadınlar arasında müxtəlif sağlamlıq problemlərinin arxasında duran əsas səbəblərdən biri hormonal balansın pozulmasıdır. Xüsusilə də, stressin artması, düzgün olmayan qidalanma, oturaq həyat tərzi hormon sisteminə birbaşa təsir edir. 
 Bu gün bir çox insan özündə səbəbsiz yorğunluq, yuxu pozuntusu, ani əhval dəyişiklikləri, çəki artımı və hətta sonsuzluq kimi problemlərlə qarşılaşır. Xüsusilə qadınlarda menstrual tsiklin pozulması, yumurtalıq problemləri, kişilərdə testosteron azlığı və stress hormonlarının normadan artıq olması cəmiyyətin ümumi sağlamlıq səviyyəsinə mənfi təsir göstərməkdədir. Bütün bunlar artıq sadəcə fərdi sağlamlıq məsələsi deyil, ictimai sağlamlıq problemi kimi gündəmə gəlməkdədir.

Lent.az-ın müsahibi tanınmış endokrinoloq Lalə Şamxalovadır.

Bu müsahibədə biz hormonal pozuntuların səbəblərindən tutmuş əlamətlərinə, fəsadlarından müalicə yollarına qədər bütün əsas məqamları öyrənəcəyik.

- Lalə xanım bugünkü söhbətimizdə hormonal pozuntu mövzusuna toxunmaq istərdik. İlk olaraq izah edərdinizmi, ümumiyyətlə hormonal disbalans (pozuntu) nədir?

- Əlbəttə. Hormonal pozuntu dedikdə, orqanizmdə hormonların lazımi miqdarda və tarazlıqda ifraz olunmaması nəzərdə tutulur. Yəni bu, bir və ya bir neçə hormonun az, çox və ya qeyri-effektiv şəkildə işləməsi deməkdir. Bu disbalans insanın yaşına, cinsinə, həyat tərzinə və konkret hansı vəzin təsirləndiyinə görə müxtəlif formalarda özünü büruzə verir.

- Maraqlıdır. Bəs bu pozuntunun qısa müddətdə hansı əlamətləri olur?

- Ən çox rast gəlinən əlamətlərdən biri əhval-ruhiyyənin dəyişməsidir. İnsanlar səbəbsiz yerə əsəbiləşir, narahat olur, bəzən depressiya əlamətləri göstərirlər. Bundan əlavə, hormonal pozuntular ani çəki dəyişikliyinə – həm kökəlməyə, həm də arıqlamaya səbəb ola bilər. Yuxusuzluq və ya gündüz özünü həddindən artıq yuxulu hiss etmək də çox rast gəlinən haldır. Həmçinin bəzi hallarda cinsi istəksizlik, tərləmədə dəyişiklik və dəridə problemlər, məsələn, sızanaqlar və ya quruluq müşahidə olunur.

- Bəs bu pozuntu uzun müddət davam edərsə, hansı ciddi fəsadlara yol aça bilər?

- Əgər hormonal balans pozuntusu müalicə olunmadan davam edərsə, ciddi fəsadlarla nəticələnə bilər. Məsələn, şəkərli diabetə səbəb ola bilər – bu, insulin hormonunun normal səviyyədə işləməməsi ilə əlaqədardır. Qalxanvari vəzin fəaliyyətində pozuntular – yəni hipertireoz (tənbəl zob) hormonal sistemin pozulması ilə bağlıdır. Sümüklərin zəifləməsi, yəni osteoporoz, sonsuzluq problemləri və hətta bəzi hallarda hipofiz və böyrəküstü vəzilərdə şişlərin əmələ gəlməsi də bu pozuntunun nəticəsi ola bilər. Məsələn, gəlin uzunmüddətli təsirlərdən danışaq. Əvvəlcə, şəkərli diabetə səbəb olur. Bu mədəaltı vəzin insulin hormonunun normadan az, çox və ya qeyri-effektiv ifrazı nəticəsində yaranır. İkinci, qalxanvari vəzin pozuntularına gətirib çıxarır. Bu əsasən, iki istiqamətdə təzahür edə bilər – hormonların artıqlığı (hipertireoz) və ya azlığı (hipotireoz). Üçüncü, osteoporoz dərdi. Kalsium və vitamin balansının pozulması nəticəsində sümüklərin zəifləməsi ilə müşahidə olunur. Dördüncü, sonsuzluq, həm kişi, həm də qadın sonsuzluğu hormonal balanssızlıqla əlaqəli ola bilər. Beşinci, hipofiz və böyrəküstü vəz adenomalarıdır. Prolaktin, kortizol, ACTH (adrenokortikotrop hormon) kimi hormonların disbalansı nəticəsində yaranan pozuntular müxtəlif xəstəliklərə səbəb ola bilər.

- Hormonal disbalans bədən çəkisinə, yuxuya və emosional vəziyyətə necə təsir edir?

- Hormonal sistem, əslində, bədənimizdəki bir çox mexanizmi tənzimləyir. Məsələn, kortizol və insulin hormonları həm çəki, həm də şəkər mübadiləsini idarə edir. Balans pozulduqda bədən çəki toplaya və ya arıqlaya bilər. Melatonin və serotonin hormonları isə yuxu və emosional vəziyyətə təsir edir. Nəticədə insanlar həm emosional cəhətdən qeyri-sabit olur, həm də sağlam və rahat yuxu ala bilmirlər. Bu isə gündəlik fəaliyyətlərə birbaşa təsir göstərir.

- Hormonal pozuntunu aşkar etmək üçün hansı müayinələr aparılır?

- İlk növbədə pasiyent endokrinoloqun müayinəsinə gəlməlidir. Həkim anamnez toplayır, yəni pasiyentin həyat tərzi, keçirdiyi xəstəliklər və simptomlar öyrənilir. Sonra isə qan analizləri təyin olunur. Əsas hormonlar arasında TSH, prolaktin, insulin, estrogen, progesteron və testosteron var. Bunların səviyyəsi həm maddələr mübadiləsinə, həm də reproduktiv funksiyalara ciddi təsir edir. Əlavə olaraq ultrasəs müayinələri də çox vacibdir yumurtalıqların, qalxanvari vəzin və digər vəzilərin vəziyyəti qiymətləndirilir.

- Müalicə yolları nələrdir və bu sahədə ən effektiv yanaşma hansıdır?

- Hormonal pozuntuların müalicəsi səbəbə yönəlik olmalıdır. Əgər hansısa hormon az ifraz olunursa, onu əvəz edən dərmanlar təyin olunur. Həyat tərzinin dəyişdirilməsi də vacibdir. Düzgün və balanslı qidalanma, müntəzəm idman, stressin azaldılması və yuxu rejiminin normallaşdırılması çox önəmlidir. 

- Bəs bu cür problemlərin qarşısını almaq üçün insanlar gündəlik həyatda nələrə diqqət etməlidirlər?

- İlk növbədə balanslı qidalanma çox vacibdir. Həddindən artıq şəkər, trans yağlar və emal olunmuş qidalar hormon balansını poza bilər. Müntəzəm fiziki aktivlik (ən azı 1 saat dayanmadan yürüş) və kifayət qədər su qəbulu da bədəndəki funksiyaları tənzimləyir. Stress hormonları kortizolun səviyyəsini artırdığı üçün, stressin idarə olunması – meditasiya, nəfəs məşqləri və sosial dəstək çox önəmlidir. Eyni zamanda ildə ən az bir dəfə ümumi müayinədən keçmək və əsas hormon göstəricilərinə nəzarət etmək sizlər üçün faydalı olacaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Aprel 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri