Özcan Dəniz münaqişədə olduğu anası haqqında film çəkir
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məşhur sənətçi Özcan Deniz ad günündə yayımladığı giley dolu məktubla uzun müddətdir küsülü olduğu ailəsinə səslənib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, xərçəng müalicəsi alan anasının keçmişdə böyük çətinliklər çəkdiyini və bunu uşaqları arasında ən yaxşı özünün bildiyini qeyd edən sənətçi, məktubunda bacı-qardaşlarını da sərt sözlərlə hədəf alıb.
Ailəsini keçmişlərini unutmaqda günahlandıran Özcan Deniz, yaxın vaxtlarda öz həyatından bəhs edən "Fareli ev" adlı film çəkəcəyini elan edib və bu layihənin yaddaşını itirmiş ailəsinə haradan gəldiklərini xatırladacağını ümid etdiyini bildirib.
Sənətçi məktubunda ailəsinin iki kəskin üzü olduğunu vurğulayaraq, bir tərəfin qaranlığa və cahilliyə bağlı ümidsiz bir üz qarası, digər tərəfin isə aydın, uğurlu və zəkalı bir üz ağı olduğunu deyib.
Nurcan, Sibel və Melek adlı bacı-qardaşlarına müraciət edən ifaçı, onların o qədər hiylə və pisliyə baxmayaraq ikinci tərəfdə, yəni dürüstlərin yanında dayandıqlarını qeyd edərək onlara təşəkkür edib və anasına olan sevgisini "Canım anam, nə uşaqlığını, nə də gəncliyini yaşaya bildin, çəkdiyin əzabları ən yaxşı mən bilirəm" sözləri ilə ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 21 May 2026 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















