Boğazdakı iltihabı necə tez sağaltmaq olar?
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
Boğaz iltihabı virus və ya bakteriyadan qaynaqlana bilər. Hər iki halda simptomlar oxşar olsa da, müalicə fərqli olur.
Pravda.az bildirir ki, boğaz iltihabı boğazda virus və ya bakteriya səbəbiylə yaranan infeksiyadır. Virus səbəbli iltihablar daha çox yayılıb, bakteriya səbəbli daha nadir olur.
Boğaz iltihabının səbəbləri
Bakteriyalar öskürək və asqırıq vasitəsilə yayılır. Xəstənin istifadə etdiyi eyni qablar, çəngəl, bıçaq və s. vasitəsilə də yoluxa bilər. Viruslar isə qrip, soyuqdəymə, suçiçəyi, koronavirus kimi xəstəliklərlə yayılır.
Boğaz iltihabının əlamətləri
Bakteriya səbəbli: yüksək hərarət (38.5°C və üzəri), badamcıqların qızarması, ağrı, boyundakı limfa vəzilərinin şişməsi, ağızda ağ ləkələr, baş və bədən ağrıları.
Virus səbəbli: öskürək, burun axıntısı, səs dəyişkənliyi və s.
Müalicə yolları
Həkim boğazdan nümunə götürərək bakteriya olub-olmadığını test edir. Bakteriya varsa, təxminən 10 gün antibiotik müalicəsi tətbiq olunur. Virus səbəbli olduqda, yalnız simptomları azaltmaq üçün dərmanlar və istirahət tövsiyə edilir.
Uşaqlarda boğaz iltihabı
Xüsusilə 3-15 yaş arası uşaqlarda bakteriya səbəbli boğaz iltihabı daha çox görülür. Uşaqlara yumşaq qidalar verilə bilər, bol maye içirilməlidir. Ballı bitki çayları rahatlama təmin edir.
Boğaz iltihabına nə yaxşı təsir edir?
Bol istirahət və səsinizi qorumaq
İsti mayelər içmək (ballı bitki çayları)
Duzlu və sodalı qarqaralar
Siqaret, alkoqol və kafeindən uzaq durmaq
Boğaz pastilləri istifadə etmək
Havanı nəmləndirmək
Boğaz iltihabından necə qorunmaq olar?
Xəstə insanlarla təmasdan uzaq durmaq
Əlləri tez-tez və düzgün yumaq
Yemək və içmək üçün öz əşyalarınızı istifadə etmək
Açıq yerlərdə əlləri dezinfeksiya etmək
Öskürərkən və asqırarkən ağız və burnu qolu ilə örtmək
Əminə Bayramova


