Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

3 aylıq olanda nə baş veribsə xatırlayır

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

Ceyranbatanda toyda dava Biri komadadır

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

İrəvan separatçıları və qanuni hədəfimiz

İrəvan separatçıları və qanuni hədəfimiz

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxud Simonyana bir-iki xatırlatma

Ermənistan parlamentinin spikeri səs-küylü açıqlaması ilə yadda qalıb. Onun sözlərindən belə nəticə hasil olur ki, Azərbaycanın “Qərbi Azərbaycan”la bağlı bildirdikləri ölkəsindəki Qarabağ iddialarına adekvatdır. Əslində, Simonyanın bunu vurğulaması, hansısa mənada, müsbət hal kimi qiymətləndirilə bilər. Çünki hay cəmiyyətini başqa misallarla başa salmaq qeyri-mümkündür. Necə deyərlər, lalın dilini yiyəsi bilər.

Əlbəttə, rəsmi Bakının Qərbi Azərbaycana qayıdış konsepsiyası fundamental əsaslıdır və tarixi ədalətin bərpasına hesablanıb. Burada heç də erməni qövmünün hansısa hərəkətinə birbaşa cavab motivi yoxdur. Əlbəttə, hay təfəkkür tərzinin bunu anlaması çətindir. Bu tərz üçün özgə torpağına göz dikməyin yolverilməzliyinin dərki nə qədər müşküldürsə, tarixi ədalətin bərpası da bir o qədər mücərrəddir. Axı, bu qövmün öz “ədalət” prizması var.

Bəli, Ermənistanda qondarma Artsaxın oyuncaq “prezidenti” və “parlament sədri” seçilir və bu, ölkəmizdə haqlı qıcıq doğurur. Bir məqam da var ki, qıcığımız heç də separatçı tör-töküntülərə yox, birbaşa rəsmi İrəvana münasibətdədir. Ermənistan iqtidarı bu sayaq, yumşaq desək, yarıtmazlıqlara son qoymalıdır. Nəzərə almalıdır ki, dünyada başqa bir ölkənin beynəlxalq hüquqla tanınmış ərazisindəki bölgə ilə bağlı saxta dövlət quruluşunu bəsləyən ikinci bir məmləkət yoxdur.

İndi “Artsax”, belə demək mümkünsə, Ermənistana sığınıb. Amma vaxt var idi ki, baş nazir Nikol Paşinyan “Qarabağın özünün seçkili hakimiyyəti var” deyə sərsəmləyirdi. Sərsəmlədi və 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində “seçkili hakimiyyət” tarixin zibilliyinə atıldı. Amma bundan əvvəl rəsmi İrəvanın təmsilçiləri Qarabağ ermənilərinə beynəlxalq təminatdan dəm vururdular. O da cəhənnəmə getdi...

Ümumiyyətlə, Ermənistan rəhbərliyi 44 günlük müharibədən sonra “Qarabağ kartı”nı diri tutmaq üçün ən müxtəlif manipulyasiyalara əl atmış, hərbi kontingentini “Artsax”da saxlamışdı. Halbuki, məğlub dövlət kimi bunu etməməli idi. Müharibədən əvvəl isə Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı olmuşdu. “Yeni ərazilər uğrunda yeni müharibə” şüarını da Nikolun təyin etdiyi müdafiə naziri irəli sürmüşdü. Sözümüz ondadır ki, Simonyan indiki durumun nədən qaynaqlandığına diqqət yetirməlidir. Yəni, hazırda İrəvanda kimsə, yaxud kimlərsə özünü “Artsax” prezidenti” və “parlament sədri” adlandırırsa, baiskar həm də Paşinyan administrasiyasıdır. Erməni iqtidarı proqmatik davranmalı, səmimi mövqe tutmalı idi. Halbuki, bu gün də onun hərəkət və davranışlarında nə səmimiyyət var, nə praqmatizm, nə də rasionallıq. Nəticədə Simonyanın münasibət bildirdiyi sərsəmlik erməni ictimai rəyinin katalizatoru kimi çıxış edir, millətçiliyi körükləyir.

Azərbaycan isə heç bir halda vəziyyətə seyrçi qala bilməz. Birincisi, xalqımız 1988-ci ildən start verilmiş “Miatsum” (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi–red.) cəfəngiyyatının sonradan hansı faciə və məhrumiyyətlərə yol açdığını gördü. İkincisi, otuz ilə yaxın davam etmiş işğal xatirimizdədir. Nəhayət, erməni iqtidarının haqqında söz açdığımız qeyri-səmimiliyi, manipulyativ dəst-xətti yenə “aktuallığını” saxlayır.

Bütün bunlara görə Azərbaycan iqtidarı bildirir ki, Ermənistandakı faşizmin kökü kəsilməlidir. Kökü həm də o səbəbdən kəsilməlidir ki, bu faşizm bütövlükdə Cənubi Qafqazın inkişaf və tərəqqisinin qarşısını alır. Yəni, Simonyan və həmfikirləri məsələyə bir az geniş aspektdən yanaşmalı, Azərbaycan ərazilərində “Artsax” axtarışına çıxanları susdurmağı bacarmalı, qətiyyət nümayiş etdirməlidirlər.

Ermənistan parlamentinin sədri elə danışır ki, sanki daxildəki revanşistlərin və şovinistlərin özlərindən olmadığını bildirən eyhamlarla, onları heçə sayan məsxərə tonu ilə iş bitir. Xeyr, iş bitmir, çünki həmin revanşist və şovinistlər, belə demək mümkünsə, “Artsax sevdalıları” Simonyanın rəhbərlik etdiyi ali qanunverici orqanda təmsil olunur, obrazlı desək, dişinin zəhərini parlamentin tribunalarına tökürlər. Digər tərəfdən, revanşistlərin və şovinistlərin erməni hakim düşərgəsinin əsas rəqibi olduğunu da bilirik.

Sonda daha vacib saydığımız məqamdan söz açaq. Bu gün Ermənistan rəhbərliyi Azərbaycanın bütün bəndləri razılaşdırılmış sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü iki şərti qəbul etmək istəmirsə, müvafiq olaraq, ölkəmizə qarşı ərazi iddiası məntiqini saxlayırsa, bu cəhət onu deməyə əsas verir ki, rəsmi İrəvanın təmsilçiləri ilə “Artsaxa” “prezident” və “parlament sədri” seçənlər arasında heç bir fərq yoxdur. Habelə, Ermənistan hakimiyyəti beynəlxalq platformalarda, açıq və ya gizli şəkildə, “Azərbaycanda saxlanılan erməni əsirlər” məsələsi fonunda siyasi alver etməməli, anti–Azərbaycan ovqat formalaşdırmağa cəhd göstərməməlidir.

Yaxşı olar ki, təkcə Simonyan deyil, bütövlükdə hakim komanda bunları nəzərə alsın. Nəzərə alsın və birincisi, şərtlərimizi qəbul etsin, ikincisi, separatçıların tör-töküntülərini ya özü məsuliyyətə cəlb etsin, ya da onları Azərbaycana təhvil versin. Problem yoxdur, həbsxanalarımızda, məhkəmə kürsülərimizdə belələrinə yer var.

Ən sonda bir nüansı da vurğulayaq. Azərbaycan hakimiyyəti, o cümlədən Prezident İlham Əliyev bildirib ki, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təhdid edən bütün meyillər yerləşdiyi ərazidən asılı olmayaraq ölkəmiz üçün qanuni hədəfdir. Paşinyanlar, simonyanlar və başqa yanlar bu mesaja həssas yanaşmalı, nəzərə almalıdırlar ki, separatçıların mövcudluğu, ölkəmizin suverenliyinə təhdidləri Ermənistanın özünü qanuni hədəfə çevirir...

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 May 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1097

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see594

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see341

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see318

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see317

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see316

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see310

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see268

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see242

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see197

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see196

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see193

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see189

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see189

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see188

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see180

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see175

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri