Icma.az
close
up
RU
Vəkillər Kollegiyasının rəhbərliyi Beynəlxalq Hüquq Forumunda iştirak edib FOTOLAR

Vəkillər Kollegiyasının rəhbərliyi Beynəlxalq Hüquq Forumunda iştirak edib FOTOLAR

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, yüksək səviyyəli hökumət rəsmiləri, vəkillər, beynəlxalq təşkilatların nümayəndələri, dünyanın aparıcı ekspertləri, elm xadimləri, 30 dövlətdən 600-dən çox nümayəndənin qatıldığı Forumda VK-nın sədri Anar Bağırovla yanaşı, Kollegiyanın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov, həmçinin VK-nın üzvləri də iştirak edib.

İki gün davam edən tədbirin plenar iclasının açılışında Özbəkistan Respublikasının ədliyyə naziri Akbar Djurabayevich Taşkulov çıxış edərək tədbir iştirakçılarını səmimi-qəlbdən salamlayıb, Forumun beynəlxalq hüquqi əməkdaşlıq və təcrübə mübadiləsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Nazir qeyd edib ki, “Daşkənd Hüquq Baharı” platforması yalnız regional deyil, qlobal səviyyədə hüquq mütəxəssislərinin bir araya gəlməsinə və aktual hüquqi çağırışların müzakirəsinə şərait yaradır. Həmçinin Taşkulov çıxışı zamanı rəqəmsallaşma dövründə hüququn çevik və adaptiv olması zərurətini ön plana çəkərək, bu istiqamətdə birgə əməkdaşlığın vacibliyini qeyd edib.

Azərbaycan Respublikasının Ədliyyə naziri Fərid Əhmədov isə Forumun əsas plenar iclasında hüquqi təhsil və onun inkişafında informasiya və kommunikasiya texnologiyalarının rolu barədə çıxış edib. Bu sahədə müasir çağırışlar və yeni trendlərlə bağlı danışan nazir Ədliyyə Nazirliyi tərəfindən hüquqi təhsil sahəsinin inkişafı və hüquq sisteminin müasirləşdirilməsi baxımından əhəmiyyətli addımlar atıldığını qeyd edib.

“Texnologiya Dalğasında Hüquqşünaslar: Rəqəmsallaşma oyunun qaydalarını necə dəyişir?” adlı sessiya çərçivəsində Azərbaycan Respublikasının VK sədri Anar Bağırov çıxış edərək rəqəmsal dəyişikliklərin hüquqi institutlar və vəkillik fəaliyyəti üzərindəki təsirlərindən danışıb, bu prosesin artıq keçici tendensiya deyil, hüquqi xidmətlərin gələcəyini müəyyən edən obyektiv reallıq olduğunu bildirib.

Sədr vurğulayıb ki, rəqəmsal dövrdə vəkillik peşəsi yalnız yüksək hüquqi biliklər deyil, həm də rəqəmsal texnologiyalar üzrə kompetensiyaları tələb edir. Biz bu çağırışlara cavab olaraq VK-nın fəaliyyətində sistemli rəqəmsallaşma istiqamətində mühüm addımlar atmışıq.

Eyni zamanda Anar Bağırov çıxışda Azərbaycan Respublikasında vəkillik fəaliyyətində tətbiq olunan bir sıra innovativ yanaşmalar və rəqəmsal halları diqqətə çatdırıb. Sədr VK-da elektron qeydiyyat və sənəd dövriyyəsi, vəkillərin şəxsi elektron kabinetləri, "e-Vəkil" mobil tətbiqi, “Elektron Məhkəmə” sistemi ilə inteqrasiya, hüquqi yardımın elektron şəkildə idarə olunması, “Legalaid” mobil tətbiqi vasitəsilə 24/7 hüquqi dəstək, elektron order sistemi və rəqəmsal müqavilələrin imzalanması, habelə rəqəmsal təhlükəsizlik üzrə ixtisaslaşmış komitələrin fəaliyyətindən danışıb.
Həmçinin Anar Bağırov süni intellekt əsaslı “Pro Bono ChatBot” layihəsinin hazırlanmasından da bəhs edərək, bu vasitənin vətəndaşlara ilkin hüquqi yardımın avtomatlaşdırılmış formada təqdim edilməsində mühüm rol oynayacağını bildirib.
Sonda o da vurğulanıb ki, rəqəmsallaşma fonunda vəkillik peşəsi özünün əsas prinsipləri olan müstəqillik, etik davranış və konfidensiallıq kimi dəyərləri qorumaqla yanaşı, innovasiyalara açıq olmalı, dəyişən dünyaya uyğunlaşmalıdır.
Panel müzakirəsi zamanı rəqəmsal transformasiya prosesində hüquq peşəsinin qarşılaşdığı çağırışlar, vəkillərin adaptasiya imkanları, hüquqi texnologiyaların tətbiqi və regional əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub.
Bundan başqa, gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə VK-nın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra ölkələrin Vəkillər kollegiyalarının, habelə Özbəkistan Vəkillər Palatasının rəhbərliyi arasında görüşlər keçirilib, təcrübə mübadiləsi və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyini ziyarət edib. Görüş zamanı səfərin məqsədi barədə məlumat verilib, Azərbaycan-Özbəkistan münasibətlərinin sürətlə inkişaf edildiyi diqqətə çatdırılıb, hüquq sahəsində əməkdaşlığın vacibliyi qeyd olunub.
Eyni zamanda Azərbaycan Respublikası VK Qadın Vəkillər Alyansının nümayəndələrindən ibarət geniş tərkibli heyət Özbəkistan Vəkillər Palatasını ziyarət edib, Palatanın sədri ilə görüş keçirib. Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, xüsusilə Özbəkistan Vəkillər Palatasında yeni yaradılmış Qadın Vəkillər Alyansı ilə sıx əməkdaşlığın qurulması barədə razılıq əldə edilib.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azvision.az
archiveBu xəbər 31 May 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri