Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Ankara və İrəvanın yeni məramları nədir?

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Böhtan qorxaqların intiqamıdır...

Böhtan qorxaqların intiqamıdır...

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

XVIII əsrdə yaşayan böyük ingilis ədəbi tənqidçisi, leksioqrafı və maarifçilik dövrünün şairi Samuel Consona məxsus olan “böhtan qorxaqların intiqamıdır” sitatını başlığa çıxarmağım təsadüfi deyil. Bu gün böhtan qurbanı olan məşhur bir cərrahdan, daha doğrusu cərrahlardan söhbət açacağam. Onlara qarşı atılmış böhtanlara sillə əvəzi olacaq mənim bu məqaləm...

Tibb elminin banisi, həkimlərin and yeri olan böyük Hipokrat deyirdi ki, “Harada paxıllıq varsa, orada böhtan var”. Bu hikmətamiz fikrin əbəs yerə deyilmədiyi bu gün mənə gün işığı kimi aydın olur.

Uzun illər sosializm dövründə yaşayan insanlarımızın əksəriyyəti, fərqi yoxdur, bütün təbəqədə belə insanlar var, kapitalizm sisteminə uyğunlaşa bilmirlər. Bizdən asılı olmayaraq kapitalizm sisteminin özünün yazılan və yazılmayan qanunları vardır. Bu sistemdə savad, qabiliyyət və özünü sübutetmə əsas kriteriyalar hesab olunur. Gəl ki, bu kriteriyalara cavab verə bilməyənlər rəqabətə dözməyib rəqiblərinə şər, böhtan atmağa başlayırlar.

Corc Vaşinqtonun məşhur bir fikri var. O deyirdi ki, “Böhtançıya verilə bilən ən gözəl cavab həqarətlə susmaqdır”. Bu fikir Azərbaycanda özünü heç cür doğrultmur. Sən abrına qısılıb susduqca böhtan atan daha da abırsız olur. Ona görə də zamanında onların cavabı verilməli və yerlərində oturdulmalıdırlar.

Bu qədər uzaqdan başlamağım əbəs deyil. Böhtana məruz qalan məhşur plastik-rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov və onun həyat yoldaşı, peşəkar plastik-cərrah Nərgiz Əhmədova(Məhərrəmova) barədə yayılan böhtan xarakterli xəbərlərə tutarlı cavab vermək məqsədilə məşhur adamlardan sitat gətirərək böhtançıları haqqa dəvət etmək istəyirəm. Heç kimin haqqına girmək olmaz. Bu dinimizdə də qadanğandır, hüquq elmində də məsuliyyət tövsiv edir.

İndi isə keçək mətləbə. "İnstagram" sosial şəbəkəsində bəzi xain xislətli xəbis insanlar tibb üzrə fəlsəfə doktoru, plastik-rekonstruktiv cərrah Dilqəm Məhərrəmov haqqında olmazın hədyanlar yazırlar. Onların hədyanları o dərəcədə geniş yayılır ki, tərkibində cinayət məsuliyyəti açıq-aydın görünür. Neyniyəsən ki, Azərbaycanda, ümumiyyətlə bütün dünyada sosial şəbəkələr heç bir əndazə tanımır. Binəvalar Dilqəm Məhərrəmova şər ataraq yazırlar ki, guya onun həyat yoldaşı Nərgiz Əhmədova tibb bacısı ola-ola plastik əməliyyat edir və pasientlərin sağlamlığına xələr yetirir.

Məhərrəmovlar ailəsi “həqarətlə” susmağa üstünlük versələr də, bir vətəndaş olaraq mən susa bilmədim. Şər, böhtan atanların nəzərinə çatdırıram ki, Dilqəm Məhərrəmov 1996-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. Daha sonra 2002-2003-cü illərdə həmin universitetdə internatura mərhələsini keçərək həkim-cərrah ixtisasına yiyələnib. 2004-2007-ci illərdə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində cərrahiyyə ixtisası üzrə aspirantura təhsili alıb. 2008-ci ildə Moskva Dövlət Tibbi Elmi Lazer Mərkəzində “Plastik cərrahiyyə” üzrə ixtisasartırma kursunu bitirib. 2008-2017-ci illərdə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik elmi işçi vəzifəsində çalışıb. Bu müddət ərzində dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2017-2018-ci illərdə Dilqəm Məhərrəmov M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində böyük elmi işçi vəzifəsində işləyib. 2018-2022-ci illərdə isə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin doktoranturasında oxuyub. Həmçinin Almaatı şəhərindəki N.A.Sızqanov adına Milli Elmi Cərrahiyyə Mərkəzində Plastik Rekonstruktiv Mikrocərrahiyyə şöbəsində planlı şəkildə təhsil və doktorluq dissertasiyası kursunu bitirib.

Doktor Dilqəm Məhərrəmov Azərbaycan Plastik Cərrahiyyə dərnəyinin, Azərbaycan Estetik Təbabət Assosiasiyasının, Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin və NSAPS təşkilatının üzvüdür.

Azərbaycan torpqlarının işğaldan azad edilməsi üçün başladılan antiterror əməliyyatı zamanı (2020-ci il, 27 sentyabr- 9 noyabr) doktor Dilqəm Məhərrəmov yaralanan əsgər və zabitlərimizin həyatlarının xilas edilməsi istiqamətində geniş və operativ fəaliyyət göstərib. Cərrah bıçağı ilə onlarla qeyrətli vətən övladlarımızı əzrayılın əlindən alıb həyata qaytarıb. O zaman indiki bəzi bədxahları onun haqqında nə üçün heç yerdə heç nə yazmırdılar? Maraqlı sualdır deyilmi?..

İndi isə gələk Dilqəm Məhərrəmovun həyat yoldaşı, peşəkar plastik-cərrah Nərgiz Əhmədovaya (Məhərrəmova). Dilqəm Məhərrəmovun “rəqibləri” "İnstagram" sosial şəbəkəsində yalandan yazırlar ki, guya doktor Nərgiz Əhmədova tibb bacısıdır. Guya doktor Dilqəm Məhərrəmov “pasientləri əməliyyat masasına alıb, narkoz verib yatırdandan sonra vaxtı ilə tibb bacısı olan həyat yoldaşına həvalə edir. Və həyat yoldaşı həmin pasientlərin üzərində praktika keçərək pasientləri çox bərbad hala qoyur...”

İftiranın, böhtanın böyüklüyünü görürsünüzmü?. O bədbəxtlər guya bilmirlər ki, Nərgiz Əhmədova heç vaxt tibb bacısı olmayıb? Çox yaxşı bilirlər, amma bu onların işinə yaramadığı üçün onu kiçiltmək, cəmiyyətdə gözdən salmaq və insanları çaşdırmaq məqsədilə böhtana üstünlük verirlər.

Vətəndaşlarımızın nəzər-diqqətinə çatdıraraq deyirəm ki, doktor Nərgiz Əhmədova(Məhərrəmova) 1999-2000-ci tədris ilində Bakı şəhər 100 saylı tam orta məktəbini “fərqlənmə attestatı” ilə bitirərək Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olub. 2006-cı ildə Tibb Universitetini fərqlənmə diplomu ilə bitirən Nərgiz Əhmədova 2007-ci ildə M.A.Topçubaşov adına Elmi Tədqiqat Klinik Təbabət İnstitutunda cərrahiyyə üzrə internatura mərhələsini keçərək(ümumi, mikro və plastik cərrahiyyə) cərrah ixtisası alıb. Bundan başqa o, 2014-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Plastik və rekonstruktiv cərrahiyyə” kursunu bitirib.
Doktor Nərgiz Əhmədova(Məhərrəmova) bir çox xarici ölkələrdə Beynəlxalq konfransların, seminar və kursların iştirakçısı olub. M.A.Tpçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində tib üzrə fəlsəfə doktorluğu proqramına uyğun olaraq doktoranturaya əla qiymətlərlə daxil olan doktor Nərgiz Əhmədova(Məhərrəmova) “sposobı i kontseptsiya metodov leçeniya rubtsovıx porajeniy koji i puti ix profilaktiki” adlı elmi işini plastik cərrahiyyə sferasına həsr edib. O da Azərbaycan “Plastik Cərrahlar Dərnəyi”nin və Beynəlxalq NSAPS təşkilatının üzvüdür...

Bu məqləni daha da geniş yaza bilərdim. Bu iki plastik cərrahın elmi, praktiki fəaliyyətləri mənə imkan verir ki, onlar barədə daha çox məlumatları qələmə alıb oxucuların diqqətinə çatdırım. Amma buna ehtiyac duymuram. Cəmiyyət hamını yaxşı tanıyır. Mənim bu yazım məlumatı az olanlar üçündür.

Antik Yunan filosofu Herodotun məşhur bir fikrilə yazımı tamamlayıram:”Böhtanın dəhşəti ondadır ki, onun ədalətsizliyinin qurbanı günahsız adam olur və bu ədalətsizliyi iki nəfər həyata keçirir: böhtan yayan və böhtana inanan”. Odur ki, çalışın böhtana inanıb günaha batmayasınız.

Rəfail Bayramov, Tibb üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Noyabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see357

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see258

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see247

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see230

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see225

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see201

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see195

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see178

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see171

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see168

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see163

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see160

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see160

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see158

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see150

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see149

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see149

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see149

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri