Icma.az
close
up
RU
Qarğışla müsabiqə qaliblərinə böhtan atmaq...

Qarğışla müsabiqə qaliblərinə böhtan atmaq...

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verildiyi kimi, dünən, yəni, iyunun 11-də “Baku Marriott Hotel Boulevard” otelində Azərbaycan Mətbuat Şurası, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) və Veysəloğlu Şirkətlər Qrupunun media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, televiziya və radio) təmsilçiləri arasında “Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda keçirdiyi araşdırma müsabiqəsinin qalibləri arasında Mia.az-ın əməkdaşı Zülfiyyə Mustafayeva da var.

Mia.az xəbər verir ki, o, müsabiqəyə "Evimizə "girən" marketlər: Ərzaq təhlükəsizliyimizi onlar necə qoruyur?" başlıqlı yazı təqdim edib və münsiflərin qərarı ilə 2-ci yeri qazanıb.

Maraqlı budur ki, bütün müsabiqələrdə olduğu kimi, bu müsabiqədən sonra da narazılıq edən olub.

Belə ki, Elnurə Abuşova sosial media hesabında qarğış janrında qalibləri, münsiflər heyətini (onların arasında professor Qulu Məhərrəmli və digər tanınmış sahə mütəxəssisləri var - Mia.az) və təşkilatçıları ittiham edib.

Mia.az olaraq 30 ildən çoxdur media sahəsində olan, ixtisasca jurnalist Zülfiyyə Mustafayevanın da qaliblər arasında olduğunu nəzərə alaraq, qarğış yağdıran Abuşovaya yalnız öz adımız hallandığı üçün bir kəlmə ilə cavab veririk: sən də yazını sosial mediada olduğu kimi paylaş, Zülfiyyə Mustafayeva da!

Hə, bir də inandığın nə varsa, ona and iç ki, Z.Mustafayeva qalib gəlmək üçün hansısa "qaranlıq qapı"dan girib! Və bunu sübut elə!  

Ümumiyyətlə, bir jurnalistin qalib həmkarlarına jurnalist statusuna yaraşmayan formada qarğış etməsi əsla təqdir oluna bilməz! Əlbəttə, bu, xoş olmadığı qədər, eyni zamanda, digər sahələrin mənsublarında mediaya, onun subyektlərinə, jurnalistlərə qarşı ikrah yaradır. Məqsəd budursa, nə deyək ki...

Kim ki, istər bu, istərsə sənin də iştirak etdiyin, hətta qalib olduğun digər müsabiqələrdə "separat oyunlar"la qalib elan olunubsa, və ya böhtan atırsa, elə sənin jurnalistə yaraşmayan jarqonu ilə deyirik: o zaman qarğışın hər kəs üçün keçərli olsun!  

Son olaraq, MİA.AZ XƏBƏR PORTALInın adını kimlərsə cılız şəxsi maraqlarına alət etməyə cəhd edərsə, o zaman daha sərt və amansız cavaba hazır olsun!

Mirzə Cəlil demişkən, biz həqiqətən buna təəssüflənirik.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 İyun 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri