BOK nəticələrlə manipulyasiyanın qarşısını almaq üçün 10 səfir seçib
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) yarışların nəticələri ilə manipulyasiyanın qarşısını almaq üçün çalışacaq 10 idmançı səfirin adını açıqlayıb.
Bu barədə İdman.biz BOK-un saytına istinadən xəbər verir.
Bütün qitələrdən və 10 müxtəlif idman növündən olan idmançılar yarışların nəticələrinin manipulyasiyası təhlükəsi barədə idmançılar və rəsmilər arasında məlumatlılığın artırılması məqsədi daşıyan BOK-un təşəbbüsü olan "İdmana İnan" yeni kampaniyasının səfirləri elan edilib.
Səfirlərin siyahısı belədir: Dominik Uindiş (İtaliya, biatlon), Mark Freyzer (Kanada, xokkey), Yu Ra-min (Cənubi Koreya, fiqurlu konkisürmə), Matelita Bouadromo (Fici, üzgüçülük), Ceyn-Enn Klekston (Avstraliya, hokkey), Esra Gümüş Kırıcı (Turkiyə, voleybol), Kadi Kanute Tunkara (Mali, basketbol), Hotso Mokoena (Cənubi Afrika, atletika), Ayako Rokkaku (Yaponiya, beysbol) və Artur Zanetti (Braziliya, gimnastika).
Qeyd olunur ki, Uindiş, Freyzer və Yu Ra-min 2026-cı il Olimpiadasında Milan və Kortina d’Ampezzonun olimpiya kəndlərində xüsusi “İdmana İnan” stendlərində idmançılar və onları müşayiət edən şəxslərlə ünsiyyətdə olacaqlar.
Səfirlər İsveçrənin Lozanna şəhərindəki Olimpiya Evində təlim-seminarda iştirak ediblər.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 11 Sentyabr 2025 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















