Icma.az
close
up
RU
İnsultun qarşısını almaq üçün MƏSLƏHƏTLƏR

İnsultun qarşısını almaq üçün MƏSLƏHƏTLƏR

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Beyin qan dövranının kəskin pozulması olan insult çox ciddi problemdir. Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə problemlidir.

Statistikaya görə, buna nail olan pasiyentlər cəmi 30% təşkil edir. Ən pis nəticə isə odur ki, insanın hərəkətində, nitqində, çanaq orqanlarının funksiyalarında kobud pozulmalar olur və uzun illər o, iflic vəziyyətində qalır. Belə vəziyyət nəinki xəstəyə, həmçinin onun ailəsinə də böyük narahatlıqlar və problemlər yaradır.

İnsultun əlamətləri:

- Hərəkətin kəskin pozulması (əsasən bədənin yarı hissəsində)

- Mimikada pozulma

- Nitqdə pozulma

- Görmədə kəskin pozulmalar

Yadda saxlayın, insultun qarşısını almaq daha asandır, nəinki onu müalicə etmək! Hipertoniyanı, lipid mübadilənin pozulmasını, şəkərli diabeti müalicə etmək daha asandır, nəinki insultu!

Ümidverici fakt odur ki, vaxtından əvvəl infarkt və insultların 80%-nin qarşısını almaq mümkündür. Bu işdə əsas profilaktika tədbirləri – düzgün qidalanma, müntəzəm fiziki aktivlik və tütün məhsullarından çəkinmək önəmlidir.

Düzgün qidalanma rasionuna əməl etməklə, yəni duz, şəkər və yağlardan məhdud şəkildə istifadə etməklə, çoxlu meyvə-tərəvəz qəbul etmək, yağsız ət, balıq və paxlalılarla qidalanmaq ürək-damar sisteminin sağlam qalması üçün çox əhəmiyyətlidir.

Müntəzəm fiziki aktivliklə hər gün ən azı yarım saat, həftədə isə bir neçə gün ərzində bir saat məşğul olmaqla sağlam çəkini qorumaq və ürək-damar sistemini sağlam vəziyyətdə saxlamaq mümkündür.

Tütünün istifadəsindən çəkinmək. Tütünün hər bir növü: siqaret, siqar, qəlyan və s. sağlamlıq üçün zərərlidir. Passiv tütünçəkmə də həmçinin təhlükəlidir. Tütün məhsullarının istifadəsindən çəkindikdən dərhal sonra infarkt və insultun inkişaf riski azalmağa başlayır, 1 ildən sonra isə bu risk 50%-ə qədər enir.

Ürək-damar xəstəliklərinin inkişaf riskini yoxlamaq və nəzarətdə saxlamaq məqsədilə vacibdir:

- Qan təzyiqinizi bilmək. Yüksək qan təzyiqi, adətən, hər hansı əlamətlə müşayiət olunmur, lakin qəflətən baş verən insulta və ya infarkta gətirib çıxara bilir. Qan təzyiqinizi yoxlayın.

- Qanda şəkərin səviyyəsini bilmək. Qanda qlükozanın artıq miqdarı (diabet) infarkt və insultların inkişaf riskini artırır. Sizdə diabet varsa, bu riskin minimuma çatdırılması üçün qan təzyiqinizə və qanda şəkərin səviyyəsinə nəzarət etməyiniz vacibdir.

- Qanda lipidlərin səviyyəsini bilmək. Lipidlər – orqanizmdə enerji mənbəyi rolu oynayan yağlar və yağlı maddələrdir. Qanda yüksək miqdarda xolesterin infarkt və insultların inkişaf riskini artırır. Sağlam qidalanmanın və ehtiyac olduqda müvafiq dərmanların köməyilə qanda xolesterinin səviyyəsini nəzarətdə saxlamaq lazımdır.

İnsultdan dəqiq şübhələnməyə imkan verən adi test:

- Xəstədən hər iki əlini yuxarı qaldırmağı xahiş edin. İnsult zamanı bu, alınmır – bir əli yuxarı qaldırmaq mümkün olmur.

- Xəstədən gülümsəməyi xahiş edin. Gülümsəməyə cəhd etdikdə üzdə assimetriya görünür və ağız bucağı əyilmiş olur.

- Sadə söz birləşməsini təkrar etməyi xahiş edin. İnsultlu xəstələrin əksəriyyətində danışıq funksiyası pozulur.

Kimdəsə insultun olmasına şübhəniz yaransa, dərhal təcili yardım çağırın. Trombu əritmək üçün görüləcək tədbirlərə cəmi 3,5 saat vaxtınız vardır (yaranmış tromb baş beyin arteriyalarına qanın getməsinin qarşısını kəsir və bununla da beynin hər hansı bir şöbəsinin ölümünə səbəb olur).

Saglamliq.isim.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri